Cümə , Yanvar 21 2022
Ana səhifə / Aktual / Ermənistan Azərbaycana dəmir yolunun 45 kilometrlik hissəsini bərpa edəcək

Ermənistan Azərbaycana dəmir yolunun 45 kilometrlik hissəsini bərpa edəcək

“Ermənistan hökuməti Yerash-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolu hissəsinin 45 km-lik hissəsini bərpa etməyi planlaşdırır”.

Bu barədə TASS agentliyinə müsahibəsində bu ölkənin baş nazirinin müavini Mqer Qriqoryan bildirib.

O qeyd edib ki, ekspertlərin ilkin hesablamalarına görə, dəmir yolu relslərinin Ermənistan ərazisindən keçən hissələrinin bərpasının indikativ dəyəri təxminən 200 milyon dollar təşkil edəcək.

“Ermənistan ərazisindən keçən hissənin ümumi uzunluğu təxminən 45 km, yolun ümumi uzunluğu isə 340 km-ə yaxın olacaq”, – o qeyd edib.

Həmçinin oxuyun

“Bütün bunları izahat kimi Ramiz Mehdiyevə deyə bilərəm” – Akademik

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinin müşaviri, akademik Möhsün Nağısoylu Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətində …