Bazar , Oktyabr 2 2022
Ana səhifə / Aktual / Ermənistan Arazdəyən-Mehri-Horadiz yolunun tikintisini dondurub

Ermənistan Arazdəyən-Mehri-Horadiz yolunun tikintisini dondurub

Ermənistanda Arazdəyən-Mehri-Horadiz dəmiryolu xəttinin inşası dondurulub. 

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.Bildirilir ki, əgər müharibədən sonra Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılması ilk növbədə sovet dövründəki marşrut üzrə dəmir yolu əlaqəsinin bərpası demək idisə, son zamanlar diqqət avtomobil hərəkətinin açılmasına yönəlib. Dəmir yolunun açılması məsələsi gündəmdən düşüb deyə iddia edilir. Bildirilir ki, ən azı 4 aydır layihənin həyata keçirilməsində heç bir irəliləyiş yoxdur.

Qeyd edək ki, Ermənistan və Azərbaycan liderlərinin Soçi və Brüsseldə keçirilən görüşlərində Arazdəyən-Mehri-Horadiz dəmir yolunun tikintisi üzrə işləmək barədə razılıq əldə olunub.

AzVision.az

Həmçinin oxuyun

Həbsdə olan jurnalist Sənan Həsənoğlu təcili əməliyyat edilməlidir, amma…

Jurnalistlər Sənan Həsənoğlu və İlqar Atabəylinin istintaqı yekunlaşıb, baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. …