Şənbə , Sentyabr 25 2021
Ana səhifə / Aktual / Ermənilər Qırmızı Bazarda Azərbaycan avtomobil karvanının qarşısını kəsməyə cəhd etdi?..-VİDEO

Ermənilər Qırmızı Bazarda Azərbaycan avtomobil karvanının qarşısını kəsməyə cəhd etdi?..-VİDEO

“Ermənilərin Azərbaycan ərazisindəki belə davranışları hədsizlikdir və onları yerində oturtmaq üçün rəsmi Bakının bütün zəruri tədbirləri görməyə kifayət qədər haqqı var…”

Azərbaycan Respublikası Xocavənd rayonunun hələki Rusiya hərbi kontingentinin himayəsi altındakı separatçı erməni rejiminin nəzarətində qalan Qırmızı Bazar qəsəbəsindəki ermənilər Azərbaycan maşın karvanının qarşısını kəsməyə cəhd göstəriblər.  Moderator.az xəbər verir ki, bu barədə Ermənistanın News.am saytına Xankəndindəki kriminal xuntanın qanunsuz “qanunverici” orqanının qondarma “deputat”ı Silk Akopyan danışıb. Onun sözlərinə görə, qəsəbədən hər gün onlarla avtomobil karvanının keçməsi erməni sakinləri qıcıqlandırır.  Onlar etiraz edirlər ki, nəyə görə biz Kəlbəcərdən keçib Ermənistana gedə bilmirik, ancaq azərbaycanlılar Qırmızı Bazardan keçib Şuşaya gedirlər. Onlar belə cəhdləri hər gün edəcəklərini bildiriblər… Videodan da göründüyü kimi, ermənilər bir minik avtomobilinin qarşısını kəsib. Lakin onların ətrafında Rusiyanın sülhməramlı formasındakı hərbçiləri də görünür. Yəqin ki, qısa danışıqlardan sonra ekstremist, irqçi baxışlı ermənilər yolu açmağa məcbur olublar… P.S. Ermənilərin Azərbaycan ərazisindəki belə davranışları hədsizlikdir və onları yerində oturtmaq üçün rəsmi Bakının Rusiya hərbi kontingentinin komandanlığı vasitəsilə bütün zəruri tədbirləri görməyə kifayət qədər haqqı var…

Həmçinin oxuyun

Azərbaycanda karantin rejimi yenə yumşaldılır

Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə …