Bazar ertəsi , Sentyabr 27 2021
Ana səhifə / Aktual / Ermənilər Njdenin Qarabağdakı abidəsini sökməyə hazırlaşırlar

Ermənilər Njdenin Qarabağdakı abidəsini sökməyə hazırlaşırlar

Qarabağ separatçılarının liderlərindən biri, Dağlıq Qarabağın “Təhlükəsizlik Şurasının” katibi Vitali Balasanyan dünən Qaregin Njdenin Xocavəndin (erməni versiyası – Martuni) mərkəzindəki abidəsinin sökülməsini təklif edib.

Virtualaz.org bildirir ki, bu barədə “Azadlıq radiosu”nun erməni xidmətinə Xocavənd rayon Ağsaqqallar Şurasının üzvü Artak Mkrtçyan və Ermənistan Milli Məclisinin müstəqil deputatı Sofiya Ovsepyan məlumat veriblər.

Radiostansiyanın məlumatına görə, V. Balasanyan nasizmin əlaltısı Q. Njdenin abidəsinin 9 May – Hitler rejimi üzərində Qələbə gününə qədər sökülməsində israr edir. Balasanyan problemin həlli üçün digər bir variant – abidənin Zəngəzur rayonuna köçürülməsini də təklif edib.

Xocavənd erməni icması nümayəndələrinin bildirdiyinə görə, abidənin sökülməsində Rusiya Sülhməramlı kontingentinin rəhbərliyi təkid edir.

Xatırladaq ki, müasir Ermənistanda canonize edilmiş erməni üsyançı ordusunun liderlərindən biri olan Qaregin Njde sovetləşmədən əvvəl Zəngəzur və Dağlıq Qarabağdakı Azərbaycan əhalisinin məhvinə və təmizlənməsinə şəxsən başçılıq edib. Daha sonra isə  Avropaya köç edərək, faşist hərəkatına qoşulub…

Həmçinin oxuyun

Vətəndaşlara çağırış: Eyvanlardan bayraq asaq

Sabah Vətən Müharibəsinin başlamasının bir ili tamam olur. Buna görə də, 44 günlük müharibədə torpaqlarımızın …