Şənbə , May 28 2022
Ana səhifə / Aktual / Ermənilər Arazdəyən-Mehri dəmir yolunun bərpasına pul tapmırlar

Ermənilər Arazdəyən-Mehri dəmir yolunun bərpasına pul tapmırlar

“Hazırda Mehri və Arazdəyən hissələrinin inventarlaşdırılması işləri aparılır. Layihənin həyata keçirilməsi üçün bütün maliyyə xərclərinin təmin edən texniki-iqtisadi əsaslandırmadan sonra məsələyə baxmaq olar”.

Bu barədə Ermənistanın İqtisadiyyat Naziri bildirib. 

“Layihənin həyata keçirilməsi ilə bağlı qərar verilib, lakin dəmir yolunun tikintisi üçün nəzərdə tutulan 226 milyon dollara yaxın vəsaitin haradan əldə olunacağı bəlli deyil”, – nazir bildirib. 

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Naxçıvan ərazisindən keçən Arazdəyən-Mehri dəmir yolunun bərpası ilə məşğul olacaq işçi qrupunun yaradılması barədə qərar imzalayıb./Modern.az

Həmçinin oxuyun

Səlim Müslümov ev dustaqlığına BURAXILDI

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib. Azinforum.az-ın …