Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Aktual / Ermənilərə Kəlbəcərdən çıxmaq üçün niyə əlavə vaxt verildi?

Ermənilərə Kəlbəcərdən çıxmaq üçün niyə əlavə vaxt verildi?

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı bəyanata əsasən, işğalçı qüvvələr Kəlbəcər rayonunu noyabrın 15-dək boşaltmalı idi. Amma Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirilmiş insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi.

Azərbaycan dövləti öz humanist xarakterini nümayiş etdirməklə, Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq, bu müddəti noyabrın 25-dək uzatdı. Halbuki 1993-cü ildə Kəlbəcərin işğalı zamanı erməni hərbi birləşmələri əhaliyə rayonu tərk etmələri üçün cəmi 10 saat vaxt vermişdi. Buna baxmayaraq, Azərbaycan növbəti dəfə humanistlik göstərərək daha 10 gün gözləməyə razılaşdı.

Azərbaycan tərəfi bu qərarı qəbul edərkən Kəlbəcər rayonunun coğrafi baxımdan böyük bir ərazini əhatə etməsini, relyefin mürəkkəbliyini, hava şəraitinin pisləşməsini və rayondan çıxış üçün cəmi bir yolun olduğunu nəzərə alıb.

Bundan əlavə, o da nəzərə alınıb ki, Ermənistanın işğal etdiyi Ağdam rayonu ərazisindəki qoşunları da Qarabağdan çıxmaq üçün Kəlbəcər yolundan istifadə etməyə məcburdur. Kəlbəcəri Ermənistanla birləşdirən yolun texniki imkanları insanların kütləvi hərəkətinə imkan vermədiyindən böyük tıxaclar, ləngimələr müşahidə olunur.

Belə bir humanist qərarın qəbul edilməsi bir daha sübut edir ki, Ermənistandan fərqli olaraq, Azərbaycan həm müharibə, həm də sülh dövrünün qaydalarına tam əməl edir. Hərbi əməliyyatlar zamanı mülki şəxsləri və yaşayış məntəqələrini hədəf seçməyən Azərbaycan Ordusu hazırda rayonun sakit və təhlükəsiz şəkildə boşaldılmasına şərait yaradır.

Təəssüf ki, Azərbaycanın humanist yanaşması fonunda, ermənilər Kəlbəcərdə evləri, mülki obyektləri yandırır, meşələrdə ağacları məhv edərək ekoloji terror törədir. Bu barbarlıq xarici KİV-lərin və dünya ictimaiyyətinin gözü qarşısında baş verir.

Həmçinin oxuyun

Erməni ordusunun sonuncu kalonu da Kəlbəcərdən getdi – VİDEO

Ermənilərin Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonundan olan köçü yekunlaşıb. Bu gün Ermənistan ordusunun sonuncu kalonu …