Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Aktual / Erməni təxribatı davam edir – Nazirlikdən daha bir kiberhücumla bağlı xəbərdarlıq

Erməni təxribatı davam edir – Nazirlikdən daha bir kiberhücumla bağlı xəbərdarlıq

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) Ermənistan tərəfinin təxribat törətmək məqsədilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) adından saxta məktublar göndərdiyini qeydə alıb.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, “Telegram”, “WhatsApp” və digər kanallar vasitəsilə vətəndaşlara göndərilən saxta məktubda guya Azərbaycan banklarının kiberhücumlara məruz qaldığı və ETX tərəfindən araşdırma aparılanadək bank müştərilərinin hesablarının müvəqqəti dondurulacağı bildirilir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır. Vətəndaşlardan xahiş olunur ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər.

Azərbaycan Banklar Assosiasiyasının rəsmi saytında yerləşdirilən məlumat və onun adından göndərilən saxta məktub əlavə olunur.

Bu kimi hallarla üzləşdikdə, “1654” qaynar xətti, www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etmək olar.

Həmçinin oxuyun

Bərdəyə raket atəşi nəticəsində yaralananların vəziyyəti ağırdır

Bu gün günorta saatlarında Bərdə rayonuna atılan raket atəşi nəticəsində xeyli sayda mülki vətəndaşımız xəsarət …