Çərşənbə , Mart 29 2023
Ana səhifə / Aktual / Erməni muzdluları Ukraynaya qarşı döyüşmək istəyir

Erməni muzdluları Ukraynaya qarşı döyüşmək istəyir

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və törətdiyi terror aktlarında fəal iştirak edən erməni terrorçular indi də Rusiya ordusunun sıralarında Donbasda Ukraynaya qarşı döyüşmək istəyirlər. Ermənistanın “Past” qəzeti xəbər verir ki, Rusiyameyilli və irqçi baxışları ilə fərqlənən “Erməni qartalları” terror qruplaşması bunun üçün Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlayıb.

Nəşrin məlumatına görə, dəstə başçısı Xaçik Asryan müvafiq məktubu Moskvanın Ermənistandakı səfiri Sergey Kopırkinə təqdim edib.

Bir müddət əvvəl təşkilatın rəsmi səhifəsində dəstənin “44 günlük müharibədə Azərbaycana hərbi, iqtisadi və mənəvi dəstək olan” Ukraynaya qarşı döyüşə hazır olduğuna dair məlumat yayılmışdı.

Həmçinin oxuyun

Azərbaycan ordusu Xankəndinin bir addımlığında – VİDEO

Azərbaycan Qarabağda yaşanan növbəti qanunsuluğa özü son qoyub. Ordumuz buna Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutun şimalından …