Çərşənbə axşamı , Oktyabr 16 2018
Ana səhifə / Aktual / Erməni mediası Novruz Həsənovdan və “bozqurdlar”dan yazıb

Erməni mediası Novruz Həsənovdan və “bozqurdlar”dan yazıb

Ermənilərin faşist və millətçi “Pandukht” saytı Azərbaycanda və Türkiyədə “Novruz əmi “kimi tanınan əfsanəvi polis rəisi və xalq hərəkatçısı Novruz Həsənov barədə yazıb.

Yazıda ilk öncə Tükriyə bozqurdlarının Azərbaycana gəliş tarixi, həmçinin Tükriyə kəşfiyatının Azərbaycandakı fəaliyyəti, o cümlədən rəsmi Ankaranın verdiyi hərbi və maliyyə dəstəyinin xronikası verilib.

Naməlum müəllif tərəfindən qələmə alınan məqalədə türk bozqurdlarının Sumqayıtdakı hadisələrdə aktiv rol oynadığı iddia olunub.

Yazıda “Novruz əmi” haqqında ayrıca paraqraf açılıb və onun türk bozqurdlarına Tovuzda verdiyi dəstək, habelə rayonda erməni işğalına qaşrı müqavimətin təşkil edilməsindəki rolundan bəhs edilir.

Yazının əvvəlində “Əmi”nin hələ sovet dövründən polis strukturlarında fəaliyyət göstərdiyi, xalq hərəkatı yaranan andan ona dəstək verdiyi xüsusi vurğulanıb.

Atilla Kaya, Novruz Həsənov və Rauf Arifoğlu (erməni saytı bu şəkli də yayıb)

Məqalədə Novruz əmi nin 70 illiyinə həsr olunmuş, “Yeni Müsavat” qəzetində dərc edilən yazıdan çoxlu iqtibaslar gətirilib.

Burada Novruz əminin hələ Gəncədə Cinayət-axtarış şöbəsinin rəisi olarkən hərəkata qoşulduğu, daha onra Tovuz rayonunun polis rəisi olduğu vaxt yerli silahlı birləşmələri yaratmasından, Dolmatlı dağındakı Çənlibel adlanan yerdə, bozqurdların qərargahını qurmasından, yerli özünümüdafiə şurası təsis etməsindən bəhs edilir.

Bundan başqa, Novruz Həsənovun təşkilatçığı ilə Tovuz rayonun Kiran kəndində “Ruzigar” düşərgəsində Azərbaycan və türk millətçilərindən ibarət silahlı birləşmələrin formalaşdırıldığı qeyd olunur.

Ümumiyyətlə isə yazı özü tam nifrət ruhundadır və bir çox faktlar təhrif edilərək oxuculara təqdim olunur.

Yazının linki https://pandukht.livejournal.com/

musavat.com

Həmçinin oxuyun

Badamdarda sürüşmə sahəsindəki evlərin hasarları uçub

Badamdarda sürüşmə sürüşmə ərazısində aktivlik davam edir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat …