Şənbə , Dekabr 5 2020
Ana səhifə / Aktual / “Erməni lobbisinin “TF1” kanalına qarşı təhqirlərini qətiyyətlə pisləyirik” – Prezidentin köməkçisi

“Erməni lobbisinin “TF1” kanalına qarşı təhqirlərini qətiyyətlə pisləyirik” – Prezidentin köməkçisi

Fransadakı erməni lobbisinin “TF1” telekanalına qarşı təhdidlərini və nifrət dolu təhqirlərini qətiyyətlə pisləyirik.

Unikal.org xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

Prezidentin köməkçisi bildirib: “Azərbaycanlı mülki şəxslərin təhlükəli vəziyyətdə yaşadıqlarını və Ermənistanla Azərbaycan arasında davam edən müharibəni işıqlandıraraq vəzifələrini peşəkarlıqla görən “TF1” və onun müxbiri Liseron Boudoula qarşı Fransadakı erməni lobbisinin təhdidlərini və nifrət dolu təhqirlərini qətiyyətlə pisləyirik”.

Həmçinin oxuyun

Paşinyan Azərbaycanla sərhədin demarkasiyasını şərh etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Qarabağda münaqişənin kəskinləşməsindən sonra  Ermənistanla Azərbaycanın bərpa olunan sərhədi …