Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Aktual / Erməni lobbisinin qanun layihəsinə veto qoyuldu

Erməni lobbisinin qanun layihəsinə veto qoyuldu

ABŞ-ın Kaliforniya ştatında erməni lobbisinin Türkiyə əleyhinə hazırlatdırdığı qanun layihəsinə veto qoyulub.

“Qafqazinfo” “Ahaber”ə istinadən xəbər verir ki, erməni lobbisinə yaxınlığı ilə tanınan senator Adrin Nazaryanın hazırladığı layihə 29 avqustda Senat tərəfindən qəbul edilmiş və təsdiqlənməsi üçün Kaliforniya valise Cerri Brauna göndərilmişdi.

Braun isə qanun layihəsinin həyata keçməsi üçün federal hökumətin qərarının lazım olduğunu bildirib və layihəni təsdiqləməyib.

Türk-Amerikan Milli Yönləndirmək Komitəsi məktub yazaraq verdiyi qərara görə C.Brauna təşəkkür edib.

Həmçinin oxuyun

Daxili İşlər Nazirliyindən karantin rejimi ilə bağlı əhaliyə – Xəbərdarlıq

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edərək xüsusi karantin rejimi qaydalarına ciddi əməl etməyə çağırıb. …