Bazar , Noyabr 28 2021
Ana səhifə / Aktual / Erməni iqtidarı Azərbaycanın gücü ilə barışıb: Müxalifəti də barışacaq – Başqa yolu YOXDUR!

Erməni iqtidarı Azərbaycanın gücü ilə barışıb: Müxalifəti də barışacaq – Başqa yolu YOXDUR!

Ermənistan parlamenti müxalif “Hayastan” və “Şərəfim var” bloklarının Qarabağa dair birgə bəyanat layihəsinə səs verməyib.

Həmin bəyanatda Azərbaycana qarşı ittihamlar yer alıb və Qarabağa dair danışıqların Minsk Qrupu çərçivəsində aparılmalı olduğu göstərilib. Bəyanat parlamentdə qəbul edilmədiyindən onu “Şərəfim var” fraksiyasından deputat Tiqran Abramyan jurnalistlər qarşısında oxuyub. Hakim “Vətəndaş müqaviləsi” partiyasının parlament fraksiyasının rəhbəri Ayk Koncoryan bildirib ki, həmin bəyanatda həm xarici, həm daxili siyasətə aid müddəalar var və sadəcə müxalifətin mövqeyini əks etdirir. Amma bu cür mühüm məsələyə aid sənəd konsensus əsasında qəbul edilməlidir.

Koncoryanın dediyinə görə, bəyanatın mətni parlament çoxluğu ilə müzakirə edilməyib. “Ona görə də biz səsvermədə iştirak etmədik”, – o bildirib.

Görünən odur ki, Nikol Paşinyan hakimiyyəti artıq reallıqlarla tam barışır. Müxalifət isə revanşist addımlardan çəkinməyərək, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını pozmaq üçün erməni iqtidarına təzyiq göstərməyə çalışır.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Nikol Paşinyan və onun komandası Azərbaycan və Rusiyanın şərtlərini qəbul etməyə məhkumdur:

“Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr Bəyannaməsində kommunikasiya xətləri və Zəngəzur dəhlizinin açılması nəzərdə tutulub. Həmçinin, Moskvadakı 11 yanvar görüşü də, bu müddəların reallaşmasını tələb edir. Kommunikasiya xətlərinin açılmasında Azərbaycan və Türkiyə ilə yanaşı, Rusiya da maraqlıdır. Onların bu prosesdə maraqlı olması isə artıq Ermənistanı geri addım atmağa vadar edir.

Çünki Ermənistan Rusiyanın qondarma qurumu təsiri bağışlayır. Bu da bir reallıqdır ki, Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Rusiyanın diqtəsi ilə hərəkət etməyə məhkumdur. Rusiyanın da mövqeyi ortada olduğu üçün Paşinyan və ətrafı başa düşür ki, regionda yalnız normal qonşuluq münasibətləri yaratmaqla iqtisadi inkişafa nail ola bilərlər. Görünən odur ki, Ermənistan iqtidarı da regionda sabitliyə səbəb olacaq addımlar atılmasında maraqlıdır. Ona görə ki, Ermənistanın başqa heç bir alternativi yoxdur. Hesab edirəm ki, kommunikasiya xətləri və Zəngəzur dəhlizi ilə bağlı proseslər reallaşacaq, çünki artıq buradan geriyə dönüş yoxdur”.

Partiya sədri onu da əlavə edib ki, Paşinyan iqtidarı başqa addımlar atmağın Ermənistanın tam olaraq məhvinə səbəb ola biləcəyini anlayır:

“Ermənistan parlamentində səs çoxluğu Nikol Paşinyanın tərəfindədir. Ümumiyyətlə, erməni müxalifətinin ciddi gücü və bazası yoxdur. Regionda qüvvələr nisbətinin Azərbaycan və Türkiyənin xeyrinə dəyişməsi Ermənistanı konkret olaraq bizim mövqeyimizə yaxın siyasət aparmağa məcbur edir. Həmçinin, erməni müxalifəti o qədər də, bu proseslərdə rol oynamaq imkanına malik deyil. Nəzərə almaq lazımdır ki, Ermənistandakı müxalifət qruplarının böyük əksəriyyəti də məhz Rusiya tərəfindən idarə olunur. Yəni lazım olduğu təqdirdə rəsmi Mosvkva onların da ipini çəkəcək”.
 

Həmçinin oxuyun

İrəvan-Culfa yolu açılacaqmı?

“Konkret addımlar gələn həftə üç ölkənin baş nazirlərinin müavinləri tərəfindən açıqlanacaq, lakin düşünürəm ki, Rusiya, …