Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Erməni ictimai xadim Sarkisyanı oğru adlandırdı

Erməni ictimai xadim Sarkisyanı oğru adlandırdı

ABŞ-da yaşayan erməni ictimai xadim Zare Palyan bəyan edib ki, Ermənistanda vəziyyət acınacaqlıdır və ölkə Serj Sarkisyan və digər məmurlardan qurtulmalıdır.

AzVision.az-ın məlumatına görə, Zare Palyan Ermənistan rəhbərliyinin tamahkar olduğunu bildirib.

“Limitsiz tamahkarlığın sonu yoxdur. Təbii ki, hər şeyi dəyişmək olar. Lakin bu insanlar sanki cənnətdədirlər. Vicdansız və cəzasız formada insanları qarət edirlər. İnsanların əllərində pulların olmamasına baxmayaraq, elektrik enerjisinin tariflərini qaldırılar. Bu isə o anlama gəlir ki, onlar heç nəyi dəyişməyə çalışmırlar və insanların Ermənistanı tərk etməsi üçün hər şeyi edirlər. Bu yol bizi uçuruma aparır, onu dayandırmaq lazımdır”.

\”Diaspor və potensial investorlar Ermənistana güvənirmi\” sualına Zare Palyan cavab verb: “İnam sıfır səviyyəsindədir. Onlar bilirlər ki, insnaları məhkəməsiz qarət edirlər. Mən dörd dəfə Ermənistanda hər biri 30 min dollar olmaqla biznes açmağa çalışdım. Hər dəfə məni qarət etdilər. Ölkədə ədaləti bərpa edəcək məhkəmə yoxdur”.

Bütün faciə bundan ibarətdir ki, Ermənistanda qanında oğurluq və ədalətsizlik olan şəxslər vəzifəyə təyin olunur.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın