Bazar ertəsi , Avqust 8 2022
Ana səhifə / Aktual / Erməni gülləsinə tuş gələn Anar Rəhimli danışdı – FOTOLAR

Erməni gülləsinə tuş gələn Anar Rəhimli danışdı – FOTOLAR

Dünən saat 14-00 radələrində Ağdam rayonunda erməni silahlı qüvvələrinin atəşinə məruz qalaraq yaralanan “Smart Com” MMC şirkətinin əməkdaşı Anar Rəhimli yaşananlar barədə danışıb.

BAKU.WS xəbər verir ki, Anar Rəhimli Xaçın su anbarı istiqamıtində güllə yarası alıb.

“Xaçın su anabarı istiqamətindən qayıdırdıq və Talış yüksəkliyinə gedəcəkdik. Qarşımıza bir post çıxdı. İş yoldaşım avtomobildən düşüdü ki, yolu açsınlar. Biz düşündük bu, bizim postdur. Amma iş yoldaşım qaçaraq avtomobilə əyləşdi və dedi ki, təcili sür arxaya bura erməni postudur. Avtomobili geriyə çevirən zaman düşmən atmağa başladı.

Biz mülki geyimdə və avtomobildə idik. Güllənin biri qoluma dəydi, sümüyüm sındı. Avtomobili idarə edə bilmədim və maşın dirəyə çırpıldı və oradan dərəyə düşdü və aşdı. Avtomobildən süründük və çıxdıq.

Mən orada qaldım və iş yoldaşım telefonun şəbəkəsi tutan əraziyə qaçdı və kömək çağırdı. Təcili yardım gəldi və bizi ilk olaraq hərbi hospitala, oradan isə Gəncə şəhər özəl xəstəxanalardan birinə gətirildik” – deyə Anar Rəhimli bildirib.

Məlumat üçün qeyd edək ki, hazırda onun müalicəsi davam edir, yaralı şəxs əməliyyat ediləcək.

Həmçinin oxuyun

Zaur Mirzəzadənin vəkili: “Ali Məhkəmədən ədalətli qərar gözləyirik”

“Jurnalist Zaur Mirzəzadənin həbsi əsassızdır və ümid edirik ki, Ali Məhkəmə bu işlə bağlı ədalətli …