Şənbə , Dekabr 5 2020
Ana səhifə / Aktual / “Erkinin parlamentdə yeri hazırdır” deyənlərə cavab verdi

“Erkinin parlamentdə yeri hazırdır” deyənlərə cavab verdi

““Erkinin parlamentdə yeri hazırdır” deyənlərin həvəsini anlamağa çalışıram. Ya məni parlamentə buraxsalar, “Erkin satıldı” deyəcəklər, ya da, buraxmasalar, deyəcəklər: “Erkin nəyə ümid edirdi? Buraxılmayacağını bilmirdimi?” İstənilən halda özlərini haqlı çıxaracaqlar”.

“Qafqazinfo” xəbər verir ki, bunu REAL Partiyasının üzvü Erkin Qədirli feysbuk hesabında yazıb.

O bildirib ki, yayılan söhbətlərə önəm vermir: “Onsuz da istədikləri kimi yozacaqlar. Mən nəyə layiq olduğumu, nəyi bacardığımı yaxşı bilirəm. Hakimiyyət çevrələrində mənə olan hörməti də duyuram. Ola bilsin, hansısa siyahıda adım da var. Çoxları məni öz siyahısında görmək istəyə bilər, hərəsinin də bunda öz məqsədi ola bilər. Bununla belə, istəyirəm ki, hər kəs bilsin – mən başqasının, özəlliklə məndən daha layiq olan birisinin yerini tutası deyiləm. Üstəlik, özümə yaraşdırmadığım yollarla başqalarından önə çıxmayacağımı da bilirəm”.

Qeyd edək ki, E. Qədirli 16 saylı Yasamal seçki dairəsindən parlamentə namizəddir.

Həmçinin oxuyun

Paşinyan Azərbaycanla sərhədin demarkasiyasını şərh etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Qarabağda münaqişənin kəskinləşməsindən sonra  Ermənistanla Azərbaycanın bərpa olunan sərhədi …