REAL Partiyasının icraçı katibi Natiq Cəfərli partiyanın parlament seçkilərində qalibi Erkin Qədirlinin mandatdan imtina etməsi haqda sosial şəbəkələrdə irəli sürülən tələblərrə reaksiya verib.
Azinforum.az N. Cəfərlinin açıqlamasını təqdim edir:
Erkini 16 ildir tanıyıram, ən yaxın dostlarımdan biridir, adamı çox
sevirəm, çünki dürüstdür, merkantil deyil, həyatda öz yolu və
düşüncələri olan nadir insanlardır. Mən ondan çox şey öyrənmişəm, bu gün
onu tənqid edən, hətta söyən adamların əksəriyyəti də ondan çox şey
öyrəniblər, həmin adamlar Erkinin mühazirələri, fikirləri ilə
böyüyüblər.
Erkin heç vaxt gizlətməyib ki, “elitada” onu tanıyırlar, sayırlar,
hörmət edirlər, hətta görüşürlər. Ona ilk dəfə 2000-ci ildə deputat
olmaq təklif olunub – adam imtina edib və deyib ki, 28 yaşı var, onu heç
kəs tanımır, kim ona səs verəcək ki, o da seçilsin?! Təklif verənlər
onun saflığına gülsələr də, hörmətləri də artıb.
2000-2005 arası Erkin TV-lərə çıxmağa başladı, forumlarda yazırdı,
mətbuata müsahibələr verirdi – 2005-də yenə ona təklif edirlər ki, artıq
tanınırsan, gəl deputat ol – Erkin imtina etdi ki, mənə səs verən
olmayacaq.
2010-da Erkin REAL-dan namizəd oldu, onun İTV dəki çıxışı səs yaratdı,
amma o vaxt Abel fovarit indi, o zaman da Erkinə demişdilər ki, dairəni
dəyiş, şans yaradaq – dəyişmədi, dirəşdi.
2015-də Erkin seçkilərə 10 gün qalmış namizədliyini geri götürdü, çünki o
zaman İlqar həbsdə idi, ona da həmin gün zəng gəlmişdi ki, sənə mane
olmayacaqlar, seçiləcəksən. Adam bu sözü də həzm etmədi – namizədliyini
geri götürdü.
Qısası Erkin artıq 4 dəfə (!!!) mandatdan imtina edib – amma bunun nə xeyri olub bizə, cəmiyyətə?!
9 fevral seçkiləri total qanunsuzluqla keçirlib, rəzalət yaşanıb, amma
16-cı dairədə Erkin cəmi 2100 səs yığaraq qalib olub – yəni, Erkin o
səsləri halal toplayıb, o dairədə 10 dəfə də seçki olsa Erkin yenə udar.
Hə, sual olur ki, nədən mane olmadılar?! Mən ona görə tarixçəni yazdım
ki, ona heç vaxt mane olmaq istəməyiblər – sadəcə bu dəfə ona heç nə
demədilər deyə, Erkin sonacan getdi. İstəsəydilər mane olardılarmı –
təbii ki, deməli Erkini parlamentdə görmək istədilər. Amma adam öz səsi
ilə seçilib.
Erkin 4-düncü dəfə mandatdan imtina etməsinin müsbət tərəfi varmı? Var,
facebbok əhli, “molodes, bravo, oğulsan”, deyəcək, 2-3 gün Erkin
qəhraman olacaq – vəssalam.
Parlamentə getməsinin xeyri nədir? Adam orda bizim sözümüz ola bilər,
biz daha hər dəfə 40 min imza toplamadan onun vasitəsi ilə qanun
layihələrini Məclisə təqdim edim ictimai dəstəklə o qanunları müzakirəyə
çıxarda bilərik. Erkinin köməyi ilə parlamentdə müzakirə olunan büdcə
zərfimi ala bilərik, ictimai nəzarəti artıra bilərik. Bizlərdən biri
həbs olunanda Erkin millıt vəkili kimi polisə, məhkəməyə gələ bilər, bu
işləri Məclis tribunasına daşıya bilər. Yəni, getməyin üstünlükləri
imtinanın pafosundan daha çoxdur. Məncə, Erkinə zaman tanınmalı, o da öz
işi ilə bizim üzümüzü ağartmalıdı.