Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Aktual / Erkin Qədirli Azər Qasımlının istefasından danışdı: – “ReAl üçün yaxşı olmadı”

Erkin Qədirli Azər Qasımlının istefasından danışdı: – “ReAl üçün yaxşı olmadı”

Respublikaçı Alternativ Partiyasının (ReAL) üzvü Erkin Qədirli partiyanın Məclis sədri Azər Qasımlının istefası barədə danışıb.

“Yeni Sabah” xəbər verir ki, Erkin Qədirli Azər Qasımlının istefasının gözlənilməz olduğunu bildirib.

“Bu gün səhər Azər Qasımlı jurnalistləri yanına yığaraq canlı yayımda ReAl-dan getdiyini söylədi. Bu, mənim üçün gözlənilməz oldu. Dünən yazdığım kimi, Azər ReAl-dan getmək istəyərsə, bu, onun şəxsi qərarı olacaq. ReAl-da kimsə onun getməsini istəmirdi və onun gedişi ReAl üçün yaxşı olmadı. Ayrıca, onun getdiyini özündən birbaşa deyil, canlı yayımdan öyrənmək də üzücü oldu. Bununla belə, dostluğumuz yerində qalır. Azərə bundan sonrakı işlərində uğurlar arzulayıram”, – deyə Erkin Qədirli vurğulayıb.

Xatırladaq ki, Azər Qasımlı bu gün mətbuat konfransı keçirərək ReAl-dan istefa verdiyini bəyan edib. O, ReAL-ın sədri İlqar Məmmədovun partiyanın yenidən qurulması ilə bağlı dəstəkləmədiyinə bu addımı atıb.

Həmçinin oxuyun

Bərdəyə raketin düşdüyü yerdən – Fotolar

Xəbər verdiyimiz kimi, Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla …