Şənbə , Dekabr 4 2021
Ana səhifə / Aktual / “Epidemiya Amerikanın Azərbaycandakı bioloji laboratoriyalarından yayılır” – İDDİA

“Epidemiya Amerikanın Azərbaycandakı bioloji laboratoriyalarından yayılır” – İDDİA

Azərbaycanda epidemioloji vəziyyət günü-gündən kritikləşir. Aktiv xəstə sayı 2706, 1937 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Sual olunur ki, nədən Azərbaycanda peyvəndləmə faizi kifayət qədər yüksək olsa da, yoluxma hələ də 4 rəqəmli olaraq qalır? Qonşu Gürcüstanda, Ermənistanda vaksinasiya çox zəif olduğu üçün orada yoluxmanın yüksək olduğu deyilir. Bəs bizdə? Belə proqnoz var ki, dekabrda yeni dalğa gözlənilir və növbəti qapanmalara gediləcək. Təhlükə üçün nə dərəcədə əsaslar var? Həkimlər isə bildirirlər ki, buster doza vurularsa, bizdə yoluxma sayı nisbətən azalar. İnsanlar isə 3-cü dozanı vurdurmaq istəmədiklərini deyirlər.

Yeri gəlmişkən, Prezidentin köməkçisi Şahmar Mövsümov mediaya açıqlamasında bildirib ki,  Azərbaycanda pandemiya ilə əlaqədar növbəti qapanmalar gözlənilmir. O qeyd edib ki, qapanmaların olacağı ilə bağlı yayılan şayiələr əsassızdır: “Əsas məsələ xəstəxanalarda yerlərin olub-olmaması ilə əlaqədardır. Xəstəxanalarda yer varsa, demək, səhiyyənin xəstələri qəbul etmək imkanları var. Buna görə də qapanmalara getməyə ehtiyac yoxdur. Bəzi məktəblərin virusa görə bağlanmasına gəlincə, onlar iki həftədən sonra yenidən açılır. Bu proses protokollara uyğun olaraq idarə edilir. Məktəblərin bağlanması nəzərdə tutulmur”.

Nilufər Məmmədova: “Qarşıdakı 2 həftə ərzində yoluxma sürətlə artacaq”

 Nilufər Məmmədova

“Yeni Müsavat”a Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assisenti, həkim-infeksionist Nilufər Məmmədova da son günlərin epidemioloji vəziyyəti barədə şərh verib: “Buster-gücləndirici dozanın vurulmasında məqsəd ondan ibarətdir ki, müəyyən müddət keçdikdən sonra, təxminən üç aydan başlayaraq vurulan vaksinin immun sistemində yaratdığı qoruyucu təsir getdikcə azalır və bu azalma altı aydan sonra daha da sürətlənir. Buster dozanın vurulmasında məqsəd həmin immun sisteminin bir növ bu xəstəliyə qarşı yaddaşının yenidən gücləndirilməsidir. Əgər insanlar normal qaydada iki doza vaksin qəbul ediblərsə, vurulan buster doza onlara sadəcə immun cavabın gücləndirilməsinə kömək edəcək. Təbii ki, bizim hər zaman dediyimiz kimi, vaksinasiyanın aparılmasında məqsəd kollektiv immunitetin yaranmasıdır və bunun effektiv olmasını istəyiriksə, vaksinasiya yüksək faiz göstəriciləri ilə olmalıdır. Əksəriyyət vaksinasiya olunmasa, biz buna nail ola bilmərik. Ona görə də əgər bu buster dozaya ehtiyac varsa, artıq ölkənin strategiyasına uyğun olaraq hər kəsin buster doza vurdurması məqsədəuyğundur.

Bunu eynən influenza qrip vaksini kimi də qəbul edə bilərik. Qrip vaksinini insanlar hər il davamlı şəkildə vurdururlar. Qış aylarında özlərini bu xəstəliyin ağırlaşmalarından qorumaq üçün influenza vaksinini vurdururlar. Heç kim de soruşmur ki, bu hansı vaksindir, nədir? Eyni prinsip koronaviruslara da aid edilməlidir. Pandemiyanın sonlanması, ağırlaşmalardan qorunmağın ən yaxşı yolu vaksinasiya olunmaq və yoluxduqda isə mütləq şəkildə sahə həkiminə bu simptomlar barədə məlumat vermək, gərəkli müalicəni almaqdır”.

Həkim “saxta COVİD pasportu alanlar virusun artmasında səbəbkardırdımı” sualına belə cavab verib: “Deməzdim ki, saxta pasportlar buna səbəb olub. Əslində tam olaraq saxta pasport alanların aşkarlanması üçün dəqiq bir testimiz yoxdur. Yəni bu testi etməklə biz dəqiqliklə deyə bilmərik ki, vaksin olunmamısınız. Bunu mütəxəssislər çox gözəl bilir ki, vaksin olunanlar arasında laboratoriyanın ölçə biləcəyi immunoqlobinlər yaranmaya bilir. Bununla belə, hətta bu insanlar arasında da biz qoruyuculuğu müşahidə edə bilirik. Əlimizdə elə bir göstərici yoxdur ki, test etməklə insanların vaksin olunub-olunmadığını yüz faiz əminliklə söyləyə bilək. Sadəcə olaraq ağırlaşmaların səbəblərindən biri insanların həm evdə xəstəliyi gecikdirmələri, həm bu virusun özünün xüsusiyyəti ilə bağlı olması, həm də digər xəstəliklərlə bağlı olaraq müxtəlif risk qruplarında ağırlaşmaları hələ də müşahidə edirik. Təəssüf ki, tam əlimizdə müalicə metodu, müalicə protokolu olmadığı üçün və vahid bir protokol olmadığı üçün hamıya eyni müalicəni tətbiq edə bilmədiyimiz üçün bu ağırlaşmaları görməkdə davam edəcəyik”.

Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan VIII Qlobal Bakı Forumunun iştirakçılarına unvanladığı müraciətdə bildirib ki, iqlim dəyişikliyi pandemiyadan, COVID-19 dandaha təhlükəlidir. Ümumiyyətlə, son dövrlər qlobal istiləşmələrlə bağlı böyük təhlükələrin olacağı ilə bağlı proqnozlar verilməkdədir. Pandemiya, yoxsa iqlim dəyişikliyi? Hansı daha təhlükəlidir? Qarşıda bizi nələr gözləyir?

Xəzərin quruması ilə bağlı yayılan məlumatlar tamamilə uydurmadır” - TELMAN  ZEYNALOV - Günün Səsi

Telman Zeynalov

Bu və digər suallarla bağlı ekoloq Telman Zeynalov “Yeni Müsavat”a cavab verib: “Bu ümumilikdə dünyada gedən çirkin bir oyundur. Qlobal istiləşmə dövründə biomüxtəlifliyin inkişafı daha da artır. Soyuma prosesində isə güclü şaxta olan dövrdə biomüxtəliflik və insanlar məhv olub gedir. İndi deyirlər, qlobal istiləşmə gedir, bunun qarşısını almaq üçün Günəş panellərini, alternativ ”yaşıl enerji”ni təklif edirlər. Deyirlər ki, karbon qazı tükənəcək. Yer kürəsinin 60 faizi karbon qazından ibarətdir. Necə olur, o tükənir? Axı heç kim onun monitorinqini aparmayıb. Kimin ağlına nə gəlibsə, onu da danışıb. Karbon qazı heç vaxt çirklənmiş elementlərdən biri  olmayıb. Əksinə, bizi qışda soyuqdan qoruyan karbon qazıdır”.

Ekoloq deyib ki, gələcəkdə iqlim dəyişmələri – qasırğalar, tufanların olması, çoxalması baş verə bilər: “Lakin onlara qarşı mübarizə aparmaq lazımdır. Camaatı qorxutmaq lazım deyil. Əksinə maarifləndirmək, nə işlər görmək lazımdırsa, o barədə danışmaq lazımdır, onları həyata keçirmək lazımdır. İqlimdə olan dəyişikliklərin səbəbləri ilk növbədə bizim atmosferin həddən artıq çirklənməsidir. Onunla mübarizə aparmırlar, karbon qazıyla mübarizə aparırlar. İnsan orqanizminin 60 faizi karbon qazından ibarətdir. Su, hava hamısı karbon qazından ibarətdir. Karbon qazıyla mübarziə aparsaq, yer kürəsi tamamilə məhv olar. Hazırda çirkin iqtisadi oyunlar gedir, açıq danışan insanları məhv edirlər. Bu oyunda kimsə, alternativ ”yaşıl enerji”sini irəli sürmək istəyir. Ona görə də karbon qazı söhbətini açır”.

T.Zeynalov pandemiyanın bitməməsi səbəbindən də danışıb: “Pandemiyanın yayılmasının əsas səbəblərindən biri odur ki, keçmiş SSRİ dövlətlərinin hamısında Amerikanın bioloji labaratoryaları həddindən artıq çoxdur. Azərbaycanda da Amerikanın bioloji laboratoriyaları qalıb. Buna son qoymaq lazımdır. Epidemiyalar oradan yayılır. Çinin üstünə atırlar ki, guya oradan yayılıb. Xəritələrə baxsınlar. Mən o xəritəni göstərə bilərəm. Ukraynada 38, Azərbaycanda sərhədlərdə 2-3 laboratoriya yerləşdirilib. Bunları bağlamaq lazımdır. Sovet dövründə bizdə bu laboratoriyalar var idi, bioloji müxtəlifliyi artırmaq məqsədilə yaradılmışdı. SSRİ dağılandan sonra Amerika ilə müqavilə bağlayıb, onların sifarişi əsasında işləyirlər. Gürcüstanda, Ermənistanda nə qədər belə laboratoriyalar fəaliyyət  göstərir. İki il ərzində pandemiyadan 5 milyon insan ölüb. Ancaq qripdən hər il 5 milyon insan ölür. Bu çirkin oyuna son qoyulmalıdır. Eyni zamanda, tullantılara qarşı mübarizə aparmaq lazımdır. Meşələri qırmaq lazım deyil. Budur əsas problemlər”.

Bu arada Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fövqəladə hallarda Hindistanın “Bharat Biotech” şirkətinin “Covaxin” vaksininin vurulmasına icazə verib. zərbaycan bu vaksindən də alacaqmı, yozsa ehtiyatımız kifayətdir?  Azərbaycan səhiyyə nazirinin müavini Teymur Musayev ötən gün mediaya açıqlamasında bildirib ki, ki, ölkədə bütün vaksin növlərindən yetərincə var: “Nəinki yerli vətəndaşlar, həmçinin ölkədə daimi yaşayış haqqını qazanmış şəxslər də istənilən vaksini seçib, vaksinasiya prosesindən keçə bilərlər. Bu, böyük nailiyyətdir. Bildiyiniz kimi COVİD-19 virusu daim mutasiyaya uğrayır. Onun ”Delta”, “Delta+” və digər ştammları aşkarlanır və ölkədə buna görə analizlər aparılır. Bu, daimi prosesdir və ondan qorxmaq lazım deyil. Sadəcə, hazır olmalıyıq və anlamalıyıq ki, xəstəlik hələ bitməyib”.

Həmçinin oxuyun

Deputat Vüqar İskəndərov Bakı Gənclər Mərkəzində gənclərlə görüşdü- Foto

Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə 02 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı …