Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Epidemioloq:””Delta”-dan təhlükəli virus mövcud deyil”

Epidemioloq:””Delta”-dan təhlükəli virus mövcud deyil”

“Rospotrebnadzor” Mərkəzi Araşdırma Epidemiologiya İnstitutunun insan xəstəliklərinin diaqnozu üçün yeni metodların hazırlanması üzrə elmi qrupun rəhbəri Kamil Hafizov Rusiyada “Delta” dan daha təhlükəli koronavirus ştammının inkişafının olmadığını söyləyib.

Bu barədə TASS məlumat yayıb.

Epidemioloq izah edib ki, dünyanın digər ölkələrində olduğu kimi, Rusiyada da “Delta”nın içərisində RNT dəyişikliyində fərqlənən yeni növləri meydana çıxır. “Daha da qorxunc bir ştamm yaransa, bu, artıq genovariantdan asılı deyil. Təsdiq edirəm ki, hazırda “Delta”dan daha təhlükəli ştammların inkişafı qeydə alınmayıb “, – Hafizov vurğulayıb.

Mütəxəssis koronavirusun Rusiya əhalisində qeydə alınan bütün variantlarının – “Alfa”, “Beta” və “Qamma”nın “Delta” və onun törəmələri olduğunu, hamısının xaricdən Rusiyaya gətirildiyini açıqlayıb.

“Delta”dan daha təhlükəli ştamm tək Rusiyada deyil, dünya üzrə də qeydə alınmayıb”,-deyə Hafizov sonda bildirib.

Cebhe. info

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …