Ana səhifə / Aktual / Energetika Nazirliyi ünvanını dəyişir

Energetika Nazirliyi ünvanını dəyişir

Azərbaycanın Energetika Nazirliyi Hökumət Evindən çıxır. “Report” xəbər verir ki, dünəndən nazirliyin aparatının yeni ünvana köçürülməsinə başlanılıb.

Bundan sonra qurum Heydər Əliyev prospekti, 152 ünvanında (Çinar Plaza) yerləşəcək. İş mərkəzinin 12, 14 və 16-cı mərtəbələri Energetika Nazirliyinə ayrılıb. Nazirliklə yanaşı, onun tabeliyində olan qurumların da bura köçürüldüyü bildirilir.

Energetika Nazirliyinin Hökumət Evindəki köhnə ünvanının isə İqtisadiyyat Nazirliyinin balansına veriləcəyi gözlənilir.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …