Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Emin yenidən “Ən seksual kişi” seçildi

Emin yenidən “Ən seksual kişi” seçildi

Rusiyanın starhit.ru saytı “Ən seksual kişi və oyuncağı” adlı sorğu keçirib.

 Azinforym.az ” Oxu.Az-a istinadən  xəbər verir ki, 20 məşhurun arasından siyahıda birinci yeri müğənni-bəstəkar Emin qazanıb.

“Əgər motosikletlər barədə anlayışınız varsa, 35 yaşlı Eminin xoşuna gəlməkdə şansınız artar. Bu yaxınlarda onun kolleksiyasına eksklüziv U-boat Venenum motorcycle baykı əlavə edilib, modelin dizaynı üzərində keçmiş yarışçı İtalo Fontano işləyib”.

“Bu modeli o bir nüsxədə özü üçün düzəltmişdi, mən isə onu mənə satmağa razı saldım. Motosikletin dəlicəsinə sürət yığmasına baxmayaraq mən risk etmirəm və qaydalara əməl edirəm”, – Emin deyir.

Birinci motosikletini Emin 10 il bundan öncə alıb.

“Bu, Harley Davidson idi. Onu Moskvada almışdım və mağazadan onu sürərək getdim. Növbəti – Yamaha – Bakıda aldım, onunla hətta konsertlərdə səhnəyə də çıxmışam” ” -, deyə məqalədə qeyd olunub.

 

Həmçinin oxuyun

Nəşi tapılan polkovnik-leytenant dəfn edildi – Foto

Vətən müharibəsində itkin düşən, daha sonra şəhid olduğu müəyyənləşən polkovnik-leytenant, tabor komandiri Atəm Əliyev bu gün …

Bir cavab yazın