Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Emin Quliyevdən şok ittihamlar – “Torba tikirlər”

Emin Quliyevdən şok ittihamlar – “Torba tikirlər”

“Kimlərsə kimlərinsə əli ilə istəklərinə çatdı. Rəhbərlik mənə dəstək verirdi. Nuru Əliyev və Bəhruz Şirəliyev mənə dəstəyini əsirgəmədi. Amma bəziləri var ki, onlarla işləmək mümkün deyil. Özləri bilir kimi deyirəm. Onlar sırf öz “şkura”larını güdürdülər”.

“Qafqazinfo” “Futbol+” qəzetinə istinadən xəbər verir ki, bu sözləri “Rəvan”ın sabiq baş məşqçisi Emin Quliyev deyib.

Topaz Premyer Liqasının 8-ci turunda “Kəpəz”ə (0:2) məğlubiyyətdən sonra istefaya göndərilən gənc mütəxəssis gedişi ilə bağlı maraqlı fikirlər səsləndirib. O bildirib ki, bəzi futbolçular qəsdən zəif çıxış edirdilər: “Onu bilirəm ki, bəzi futbolçular oynamadılar. Mən də futbolçu olmuşam. Hər dəfə eyni adamlar eyni səhvləri edirdilər. Heç kimin babalını yuya bilmərəm, amma Allah hər şeyi görür. Məncə, həmin futbolçular klubun daxilində kimlərinsə sifarişlərini yerinə yetirirdilər. Nə oldu, yeni başlayanda yaxşı çıxış edirdilər, sonradan oynamadılar? Hər dəfə mənim ayağımın altını qazırdılar. İstəyirdilər, buyursunlar, işləyib özlərini göstərsinlər. Halbuki onlar klubun yaxşı vaxtlarında işləyiblər və heç nə etməyiblər. 7 dəfə gəlib-gediblər, bir nəticə verməyiblər. Amma başqalarına “torba tikirlər”. Belə olmaz axı. Nə qədər ki, klubda belə adamlar işləyir, nəticə olmayacaq. Jurnalistlər “Rəvan” haqda nə yazırsa, hamısı düzdü. Moskvadan uşaqları ac-susuz gətiriblər. Özümüz yoldaşlıq oyunlarına gedəndə uşaqlar ac qalırdı. Belə problemlər üst-üstə yığılır, sonra da “nəticə” görünür. Klub daxilində elə şeylər baş verir ki, heç Nuru Əliyevin ondan xəbəri olmur. Klubda olan “köhnə qurdlar”mı, ən sonuncu adamlarmı deyim, futbolu yox, öz mənafelərini düşünürlər. Azərbaycanda futbol adamları nə qədər işləməsə, belə olacaq”.

Qeyd edək ki, “Rəvan” ilk 8 turda 2 xal toplayıb və hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşır.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın