Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Emin Milli ona qarşı haqsız ifadələr işlətdiyini indi anlayıb: “Elçibəyin ruhundan üzr istəyirəm”

Emin Milli ona qarşı haqsız ifadələr işlətdiyini indi anlayıb: “Elçibəyin ruhundan üzr istəyirəm”

“Elçibəyin ruhundan üzr istəyirəm”. 
Bunu Meydan TV-nin keçmiş rəhbəri Emin Milli “BBC Azərbaycan”a müsahibəsində deyib.
O bildirib ki, bir neçə il əvvəl – gənc vaxtlarında çox aqressiv olub, içində nifrət çox olub, ona görə də Elçibəyə qarşı da haqsız ifadələr işlədib: “Mən böyük bir kollektivi idarə edəndən sonra başa düşdüm ki, insanları idarə etmək necə çətindir”.
Xatırladaq ki, E.Milli bir neçə gün əvvəl özünün feysbukdakı səhifəsində böyük bir yazı paylaşaraq prezident İlham Əliyevdən üzr istəmişdi: “İlham Əliyevdən də, Əli Kərimlidən də, hökümətdə də, müxalifətdə də olan müxtəlif insanlardan da həyatımın müxtəlif anlarında nifrət ifadə etdiyimə görə üzr istəyirəm”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …