Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / EMİN HÜSEYNOVU ATƏT-DƏ ZALDAN ÇIXARDILAR-  ƏHMƏD ŞAHİDOVA MANE OLDUĞUNA GÖRƏ  (VİDEO)

EMİN HÜSEYNOVU ATƏT-DƏ ZALDAN ÇIXARDILAR-  ƏHMƏD ŞAHİDOVA MANE OLDUĞUNA GÖRƏ  (VİDEO)

Sentyabrın 27-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təşkil etdiyi illik Zirvə Toplantısı öz işini davam etdirib. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəal şəxslər iştirak ediblər.

 

“Fundamental azadlıqlar: hərəkət azadlığı” mövzusunda keçirilən müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov məruzə ilə çıxış edib. Azərbaycanda ötən gün baş tutan Referendum barədə məlumat verən hüquq müdafiəçisi Əhməd Şahidov Konstitusiyanın 28-ci maddəsini sitat gətirib və hər bir vətəndaşın ölkə daxilində və xaricində sərbəst hərəkət etmə azadlığının təmin olunduğunu bildirib.

Ermənistanın təcavüzü nəticəsində öz dədə-baba torpaqlarından didərgin düşmüş 1 milyon azərbaycanlının hüquqlarından danışan ADİHİ rəhbəri rəsmi Yerevanı işğalçılıq siyasətindən əl çəkməyə çağırıb, habelə kəlbəcərli girovlar – Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılmasını tələb edib.

Çıxışının sonunda RATİ rəhbəri Emin Hüseynovun ATƏT-in müzakirələrində yalan informasiyalar yaydığını bildirən Əhməd Şahidov tədbir iştirakçılarını diqqətli olmağa və dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırıb.

Həmçinin oxuyun

DTX 105 yaşında – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. Azinforum.az xəbər verir ki, qurumun sosial …

Bir cavab yazın