Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Aktual / Emin Ağalarovun 100 yaşlı nənəsi

Emin Ağalarovun 100 yaşlı nənəsi

Nənəm həmişə çox yaşamağın yaxşı olmadığını deyirdi.
Kult.az xəbər verir ki, bu sözləri müğənni Emin Ağlarov şəxsi İnstaqram hesabında yazıb. Nənəsi Əminə Ağalarova ilə birgə çəkilmiş ailə fotosunu paylaşan müğənni xatirələrini bölüşüb:
“Əminə nənə mənim uşaqlarımdan 95 yaş böyük idi. 40 yaşı olanda mənim atamı dünyaya gətirib. Atamın 14 yaşı olanda ərini itirib və Araz Ağalarovu təkbaşına tərbiyə edib. Əminə 100 yaşına bir neçə gün qalmışa qədər yaşadı. Böyük yumor hissinə malik, unikal qadın… İnqilaba qədər olanları xatırlayır, müharibə barədə danışır, bütün sovet hakimiyyətini yaşayır və yeni Rusiyanı tapırdı”.

Həmçinin oxuyun

“Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirə olunacaq

Milli Məclisin yaz sessiyasında “Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Bununla bağlı məsələ parlamentin …