Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Emin Ağalarov yeni radio açır

Emin Ağalarov yeni radio açır

Müğənni və iş adamı Emin Ağalarov təsisçisi olduğu “Vegas FM” üçün radiotezlik almağa hazırlaşır.

Musavat.com-un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, E.Ağalarov artıq müvafiq dövlət qurumlarıyla danışığa başladığını bildirib.

O, daha sonra qeyd edib ki, “Veqas FM”-in fəaliyyətə başlayacağıyla bağlı məsləhətləşmələr də bitmək üzrədir.

Bundan əvvəl isə Emin Ağalarov Moskvada 100,5 FM tezliyində “Jara FM” adlı radio açmışdı. Həmin vaxt E.Ağalarov radiostansiyanı senator Vitali Boqdanovdan satın almışdı.

Əvvəl isə bu tezlikdə “Best FM” radiosu fəaliyyət göstərib. E.Ağalarov bildirmişdi ki, onun “Jara” adlı telekanalı və festivalı var, indi isə radio alıb.

Müğənni həmçinin bildirib ki, bu radio 12-35 yaşlı dinləyicilər üçün nəzərdə tutulub.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …