Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Aktual / Emin Ağalarov Gəncə hadisələri ilə bağlı paylaşım etdi – VİDEO

Emin Ağalarov Gəncə hadisələri ilə bağlı paylaşım etdi – VİDEO

Rusiyada yaşayan Xalq artisti, biznesmen Emin Ağalarov sosial şəbəkə hesabında cəbhədə gedən şiddətli döyüşlər barəsində ən çox paylaşım edən məşhurlardandır.
İfaçı bu dəfə “İnstagram” hesabında ermənilərin Gəncəyə atəş açmasından yazıb. O, dəhşətli hadisənin görüntülərini paylaşaraq belə şərh verib:
“11 oktyabrda Azərbaycanın ikinci böyük sənaye şəhəri olan Gəncə, döyüş bölgəsindən kənarda Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Şəhərin mərkəzində uşaqlar da daxil olmaqla 34 mülki şəxs yaralanıb, 9 mülki şəxs isə şəhid olub”.

Həmçinin oxuyun

Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?

“Vüqar Səfərli işi” davam etdikcə daha çox şəxsin istintaqa cəlb olunacağı qaçılmazdır. Aydındır ki, KİVDF-nin …