Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / Emin Əmrullayev köhnə eşalonun kadrıdır? – İDDİA

Emin Əmrullayev köhnə eşalonun kadrıdır? – İDDİA

Emin Əmrullayevin Təhsil Naziri təyin olunmasını içtimaiyyət heç də müsbət qarşılamadı.
37 yaşlı gənc kadr işə başlayandan ümidləri doğrultmadı və hər şey daha da acınacaqlı vəziyyət aldı. Əli Həsənovun təyin etdirdiyi kadr Emin Əmrullayev işə başladığı gündən ağasına sadiq qalaraq Əli Həsənovun və onun xanımı-ledisi Sona Vəliyevanın əmrlərinə birbə-bir əməl etməklə onlara öz sədaqətini sübut etdi. Əslində Əli Həsənovun planı Emin Əmrullayevi yox xanımının kadrını və qohumunu bu vəzifəyə təyin etdirmək idi. Amma ki, bu xəbər mətbuata sızandan sonra planlar suya düşdü. Müvəqqəti olaraq Emin bəyi bu posta gətirdilər və realda isə qərarları özləri və yaxın qohumları olan xanım verir. Necə deyərlər adı Emin bəyin dadı Sona Vəliyevanın yaxın qohumunun…..
İndi isə gəlin Əli Həsənovun 37 yaşlı gənc kadrı Təhsil Nazirimiz Emin Əmrullayevin Əli Həsənova bağlılığını isbat edən faktları oxuyucularımıza çatdıraq. 28 yaşlı perspektivli gənci Azərbaycanda və dünyanın tanınmış yerlərində təhsil almasına kömək edən, yetişdirən Əli Həsənov 2009–2010-cu illərdə “Kaspi Edication” MMC-də Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edir. O da hamıya aydındır ki, “Kaspi Edication” MMC Əli Həsənova məxsusdur. Əli Həsənovun etimadını qazanan Təhsil Nazirimiz Emin Əmrullayev 2013-cü ildə “Kaspi Education” MMC-də Təhsilin keyfiyyətinə nəzarət üzrə direktor müavini vəzifəsinə təyin edilir. Onu da nəzərinizə catdıraq ki Əli Həsənovun Emin Əmrullayevi Təhsil Naziri görmək eşqi 2013-cü ildən başlayır. Amma o zamanlar Emin Əmrullayev 29 yaşında olduğu üçün Əli Həsənovun bu sevdası gerçəkləşə bilmir. Bir neçə ay “Kaspi Education” MMC-də Təhsilin keyfiyyətinə nəzarət üzrə direktor müavini işləyən 29 yaşlı Emin Əmrullayevə Əli Həsənovun daha bir ”SURPRİZİ” olur və Əli Həsənovun 29 yaşlı gənc kadrı Emin Əmrullayev 2013-cü ilin iyun ayından etibarən Azərbaycan Respublikasının Təhsil Nazirliyində baş məsləhətçi vəzifəsində işə başlamışdır.O zamanlardan Təhsil Nazirliyində ”daydayısı” Əli Həsənovun köməyi ilə ona xüsusi diqqət göstərilir və ehtiramla yanaşırmışlar. Daha sonra bir neçə ay keçməmiş 2013–2014-cü illərdə sektor müdiri, 2014–2015-ci illərdə şöbə müdirinin müavini, 2015–2020-ci illərdə isə şöbə müdiri vəzifələrində çalışıb. Daha sonra da Əli Həsənovun ”PEŞƏKAR KADR”ı Emin Əmrullayev 2020-ci ilin iyul ayında Təhsil Naziri vəzifəsinə təyin edilir. Və beləliklə Əli Həsənov və xanımı Sona Vəliyeva qohumlarını Təhsil Naziri və nazirlikdə digər məsul vəzifələrə təyin etdirməklə ölkənin bel sütunu olan təhsil sisteminə yiyələnməklə başqa sahələrə də öz təsir güclərini artırırlar.
Əli Həsənovun Prezident Sona Vəliyevanın da Vitse-prezident, birinci xanım olmaq sevdası mətbuatda, sosial şəbəkələrdə zaman-zaman yazılıb. Ümid edirik ki, Əli Həsənovu qovan Cənab Prezident cinayətkar Əli Həsənovun həbs olunması üçün lazımi tapşırıqları verərək xalqımıza yeni il hədiyyəsi edəcəkdir.
Növbəti yazımızda 2005–2009-ci illərdə Qafqaz Universiteti, Beynəlxalq münasibətlər fakültəsində müəllim kimi çalışan Emin Əmrullayevin geniş bağlantılarından, Universitetlərə və onların tərkibində olan kolleclerə, məktəblərə olan təzyiqlərindən geniş bəhs edəcəyik.
Yazıdakı faktlar Google-də Emin Əmrullayevin vikipediyasında öz təsdiqini tapır.
(gundelik-baku.com)

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …