Ana səhifə / Aktual / Emin Əmrullayev: “9 il heç nə etmədən 10-11-ci sinifdə hazırlıqlara daha çox xərc çəkmək…”

Emin Əmrullayev: “9 il heç nə etmədən 10-11-ci sinifdə hazırlıqlara daha çox xərc çəkmək…”

“Təhsil uzunmüddətli və arası kəsilməz prosesdir. Təhsildə təəssüf ki, 9 il heç nə etməyib, 10-11-ci sinifdə hazırlıqlara daha çox xərc çəkib imtahanda yüksək nəticə əldə etmək mümkün deyil. Bu bizim cəmiyyətdə mövcud olan ciddi mifdir”.

Bunu təhsil naziri Emin Əmrullayev “Təhsildə özəl biznesin rolu” mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu barədə müzakirələr aparılmalıdır: “Bu kimi biznes münasibətlərinin tənzimlənməyən istiqaməti də var. Bu ayrılıqda müəllimlərin öz şagirdləri ilə məşğul olması, valideynlərin övladlarının aşağı yaşlarından repititor yanına qoyması məsələsidir. Bir çox hallarda bu, təhsilin keyfiyyəti ilə əlaqələndirilir. Lakin aparılan təhlillər onu göstərir ki, bir çox hallarda işləyən valideynlərin günortadan sonra övladlarını harada saxlaması ilə bağlı olan ciddi tələbdən irəli gəlir. Dünyanın hər yerində məktəbdən sonrakı saatların hansı formada tənzimlənməsi ilə bağlı mənfəətli biznes sahələri qurulur”.

O bildirib ki, Azərbaycanda təhsil hələ də biznes fəaliyyəti kimi qəbul edilmir və hər zaman bunun yanında bir tənqid səsləndirilir: “Valideynlərin övladlarını özəl sektora qoymaq üçün çəkdiyi xərc dövlətin bir uşağın təhsilinə ayırdığı xərcdən, təxminən, 10 dəfə çox olduğundan orada daha yaxşı qidalanma, təhlükəsizlik və infrastruktur var. Bu da valideynin hüququ kimi qəbul olunur. Valideynlər əsasən uşağının aşağı yaşlarında təhsili üçün pul xərcləməyə başlayır. Bu xərc əyrisi 6-cı sinifdə aşağı düşür. Abituriyent dövrü gələndə yenidən hazırlıqlar başlayır. Bunun psixoloji tərəfləri və minlərlə əlaqəlidir. Təhsil nöqteyi nəzərindən həmin xərcləmə əyrisi uşağın inkişafına o qədər də optimal təsir etmir. Əksinə, ortadakı boşluq sonda effektiv olmayan nəticələrə gətirib çıxarır”/Report.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …