Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Elzanın şeirləri Amerika mətbuatında…

Elzanın şeirləri Amerika mətbuatında…

Əməkdar artist Elza Seyidcahanın şeirlər toplusu ingilis dilinə tərcümə olunaraq Amerikada çap ediləcək. Bu barədə müğənninin özü musavat.com-un əməkdaşına bildirib:
“Amerikada yaşayan Təranə adlı xanım mənim şeirlərimi tərcümə edərək çap etdirəcək. Niyə də olmasın?  Şeirilərim mətbuatda yayımlananda ən azı 20 min baxış gəlir.
Bəzən mənə aid olmayan şeriləri də mənim adıma çıxardırlar. Buna görə də şerilər toplumu çap etdirəcəm ki, məlum olsun ki, mənə aid olan əsl şeirlər hansıdır…”
Elza Seyidcahan poeziya  yaradıcılığındakı yeniliklərindən də danışıb:
“Şerilərim də mahnılarım kimi özəldir, bu sahədə maraqlı yeniliklərim olacaq.
Bilirsiz ki, şeiri tərcümə edərkən bəzən məzmun dəyişir. Buna görə də tərcüməçidən xahiş etmişəm ki,  şeirlərimdəki sözlər bir-bir tərcümə edilərək mənası açılsın. Hazırda bu barədə müzakirələrimiz gedir”.
“Şeirlərinizin tərcüməsi üçün nə qədər xərc çəkəcəksiz?” sualımızı əməkdar artist bu cür cavablandırdı:
“Sözün düzü, nə qədər xərcim olacağı barədə məlumatım yoxdur. Bir işi görəndə onun xərci barəsində əvvəlcədən düşünmürəm. Çalışıram ki, ən əsası hər şey yüksək səviyyədə olsun”.
Bəstəkar-müğənni son zamanlar yazdığı, müzakirələrə səbəb olan, şair Şəhriyar Del Geraniyə həsr etdiyi “Bığ” şeirindən danışıb:
“Amerikada çap olunması üçün tərcüməyə göndərdiyim son şeirim “Bığ”dır.
Ümumiyyətlə məni kitab çap etdirməyə məcbur edirlər. Bununla da bir daha sübut edəcəm ki, başqalarından fərqli olaraq mən yaxşı işlər görürəm”.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …

Bir cavab yazın