Bazar ertəsi , May 27 2019
Ana səhifə / Elzadan İlhaməyə SƏRT SÖZLƏR: “Bu adam dövlətini də bəyənmir”

Elzadan İlhaməyə SƏRT SÖZLƏR: “Bu adam dövlətini də bəyənmir”

Əməkdar artist Elza Seyidcahan növbəti dəfə xalq artisti İlhamə Quliyeva ilə olan qalmaqaldan danışıb. Lent.az-ın məlumatına görə, ANS-in “Günə Baxan” verilişinə qonaq olan E.Seyidcahan xalq artisti barəsində bu sözləri deyib: “Paxılı narahat etməyə gərək yoxdur ki, özü özünü narahat edir. Onun sözlərinə əl çalıram. Həm də gülürəm: gör insan özünü nə günlərə salır. Əgər Elzanın çətinlikləri varsa, bu mənim problemimdir. Allahın qarşısında mən cavab verəcəm. O, müsahibəsində deyib ki, ardı var. Belə bir deyim var ki, qocalar xatirələrlə, cavanlar arzularla yaşayar. Mənim haqqımda dediyi bütün sözlər onun həyat tərzidir. Xalq hamımızı çox gözəl tanıyır. Mən hələ bələkdə olanda, onu hamınız yaxşı tanıyırdınız. Mən bu gün əməkdar artistəm. Fəxr edirəm. Vaxt olacaq ki, “Şöhrət” ordeninə qədər yüksələcəm. Amma söz verirəm ki, “Şöhrət” ordenli şərəfsiz olmayacam. Ayaq yumağa gəldikdə isə, jurnalistlər iki şeyi səhv yazıb. Bir ayaq yumağı, bir də hədiyyə məsələsini. Mən onun ayağını yumamışam, hədiyyə də verməmişəm. Çünki ona “Ağ çiçəyim” adlı bəstəmi vermişəm, oxuyub. Mahnım ona çox böyük hədiyyədir. Onun ayağını yumamışam. Sadəcə seçkilər zamanı Tovuzda idik, gördüm ki, vəziyyəti yaxşı deyil, gözləri qızarıb, böyük vannada su gətirdim ki, 43 ölçülü ayaq o qaba sığışsın. Ayağına su gətirdim. Nə var ki, burda? Bu gün də ayağına su gətirərəm. Çünki bu dində də savabdır. Ayağını yumamışam, yuyaram. Çünki Allah ona şəfa versin. Sən bizim qoca sənətkarımızsan. Bu günə qədər heç kimə pislik etməmişəm. Sənət adamları arasında çaxnaşmanı yaradan bu adamdır. Sübutunu da deyərəm. Mən istəmirəm onunla bir yerdə oturum, eşidim ki, Flora Kərimova budur. Bu adam heç Zeynəb Xanlarovanı bəyənmir. Bu adam dövlətini də bəyənmir. Bunu qulağımla eşitmişəm”.

 

Qeyd edək ki, İ.Quliyeva isə E.Seyidcahanın ünvanına bu sözləri deyib: “Elza Seyidcahanın oxumağı bərbaddır, şairliyi  fəlakətdir. Mən Elzadan Yazıçılar İttifaqına şikayət etmişəm ki, barəsində ölçü götürsünlər. Tərbiyəsiz şeirlər yazır. Böyük bəstəkarın tələbəsidir, gözəl musiqiçidir, amma oxumağı bərbaddır. Mahnılarını yazsın, versin gənc müğənnilər oxusun. Azərbaycanın bölgələrində borcun var. Mənə dəfələrlə zəng edib deyirlər ki, gəlib pulumuzu qaytarsın. Mən də ona zəng elədim dedim ki, “Elza, ayıbdır, adımıza xələl gətizdirmə”. Məndən soruşdular ki, Elza millət vəkili ola bilər? Dedim yox. Çünki orada savadlı insanlar oturmalıdır. Nə olsun ki, əməkdar artistdir? Dəqiqədən bir başımıza vurursan ki, “mən əməkdar artistəm”. Zamanında, 30-40 il bundan öncə mən də əməkdar artist olmuşam. Mənim mükafatlarım səndə olsa, sən nə edərsən ay Elza? Dünya sülh səfiriyəm mən. İki dövlətin xalq artistiyəm. Mən sənin üçün uşağam? Ağzına nə gəldi, danışırsan. Deyib ki, ayağımı yuyub. Düz deyir, ayaq yumağı yaxşı bacarır. Dəfələrlə mənə zəng edib ki, bacımla gəlib qulluğunuzda durmaq istəyirəm. Razı olmamışam. Sən millət vəkili olmayacaqsan. Bunu mən sənə deyirəm”.

 

Həmçinin oxuyun

AZAL bu fotoya görə 3 əməkdaşını işdən çıxardı

Ötən gün “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) əməkdaşı Nazilə Muradovanın sosial şəbəkədə vətəndaşın şəxsiyyət vəsiqəsini …

Bir cavab yazın