Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Elza Seyidcahanın “Dollar” şeiri

Elza Seyidcahanın “Dollar” şeiri

Bəstəkar-müğənni Elza Seyidcahan dolların məzənnəsinin yüksələrək 1,55 AZN olması ilə bağlı “Dollar” şeirini yazıb. Əməkdar artisitin özünün dediyinə görə şeir rep üslubundadır və yaxın günlərdə musiqisi də hazırlanır. 
Şeiri olduğu kimi təqdim edirik:
“Dollar, dollar
Səni yormur yollar?
Bizi yordu borclar.
Niyə etdi Corclar?
Ora çatmaz qollar
Qapıda durur dollar.
Belə getsə nə olar?
Nə olar bizə olar
Dollar, dollar
Dola-dola doldun
Dərdimizdən soldun?
Dola.
Dola.
Bizi dola,
onu dola,
bunu dola.
Çıxmısan uzun bir yola
Daha bəsdir
Zil notlara çıxma sən
Qulağımızı kəsmə sən.
Ömrümüzü üzmə sən
Neçə vaxtdır dostumuzsan
Sevirik səni bilmirsən?
İşığından havalanmışıq,
Dərdindən paralanmışıq
Ləzzətindən suslanmışıq.
Sən qızsan ya oğlansan?
Qocasan ya sən cavansan?
Sən bizi bəs nə sanansan?
Bu odlara bizi salan sən
Bəlkəm sən xəstələnmisən?
Ulduz xəstəliyindəsən?
Elvis Presleydan da sən
Maykl Ceksondan da sən
Uitni Hyustondan da sən
Elza Seyidcahandan da sən
Betər xəstələnmisən yetər!
Sevginin gözü kor olur.
Sən nə deyirsən o olur
Borclar dolur, dolur, dolur
Yollar yorur, yorur, yorur.
Qollar solur, solur, solur
Dollar dolur, dolur, dolur,
Dollar yolur, yolur, yolur,
Dollar dolur, dolur, dolur…”

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın