Bazar ertəsi , Sentyabr 20 2021
Ana səhifə / Aktual / Elza Seyidcahanı aldadan polis qardaşları: anası evsiz qalıb

Elza Seyidcahanı aldadan polis qardaşları: anası evsiz qalıb

“Obyektin icarəsi ilə bağlı elan yazmışdıq. Zəng gəldi. Elza burada yox idi. Onlar evə baxmaq istəyirdilər. Açarı götürüb gəldim. Baxdılar, xoşlarına gəldi. Dedilər ki, Elza xanım gələnə qədər açarı verin, biz işimizi görək. İndi başa düşürəm ki, bunların məqsədi obyekti ələ keçirmək imiş”.

Bu sözləri “Meydan”TV-yə müğənni Elza Seyidcahanın anası Seyidcahan Əhmədova deyib.
O bildirib ki, obyektini 6 il öncə icarə kimi keçmiş yol polisi əməkdaşları olan Faiq Azayev və Fərid Azayev qardaşlarına verib. Sonradan isə obyekti onlardan ala bilməyib.
Müğənni Elza Seyidcahan isə bildirib ki, konsertdən gələndə gəlib gördüm ki, onlar təmir işi aparır:“Bizə qarşı kobud davranırdılar. Deyirdilər ki, icarə götürmüşük siz daha gəlməyin bura. Mən şokda idim. Mənim anamın evi yoxdur”.

Lakin Azayev qardaşlarının vəkili Araz Nurməmmədov isə bildirib ki, icarədar ilə onlar arasında müqavilə olmayıb: “Razılaşma olub. Elza xanım ona imkan vermiyib. Biz təmir edəndən sonra Elza xanım gəlib deyib ki, bu obyekt mənimdir. Biz də demişik ki, obyekt sizindir, heç olmasa təmir xərcləni verin ki, çıxaq”.

Həmçinin oxuyun

Maduroya Bakıda zümrüd qaşlı üzüyü kim bağışlayıb?

Bu günlərdə Meksikanın paytaxtı Mexikoda Latın Amerikası və Karib hövzəsi ölkələrinin (ABŞ, Kanada və Braziliya …