Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Elza Seyidcahandan Fikrət Qocaya cavab: “Allah bizə səbr versin”

Elza Seyidcahandan Fikrət Qocaya cavab: “Allah bizə səbr versin”

Bəstəkar-müğənni Elza Seyidcahan xalq şairi Fikrət Qocanın mətbuatda onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Musavat.com-a danışan əməkdar artist xalq şairinin çox müdrik açıqlama verdiyini deyib:

“Allah Fikrət Qoca kimi şairlərimizi qorusun. O, çox müdrik açıqlama verib. Amma həmin yazını oxuyanda xəbər başlığına qoyulan sözlərə rast gəlmədim. Allah bizə səbr versin. Hər şey gözəl olacaq, inşallah. Təxminən 10 il əvvəl xalq şairinin “Həyat fırlanır, Zaman fırlanır…” şerinə gözəl bir kompozisiya bəstələmişəm.

Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə bəstəkar-müğənni Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olduğu barədə məlumat yayılmışdı. Lakin həm qurum, həm də Elza Seyidcahan məlumatı təkzib etmişdi. Xalq şairi Fikrət Qoca isə yenicag.az saytına danışaraq məsələyə bu cür münasibət bildirib:

“Bizim məşhur klassiklərimiz AYB-in üzvü olublar. İndi bu quruma üzv olmaq istəyən adamlar nə vaxtsa o klassiklərin ruhundan utanmalıdır. Əgər adam zəif yazırsa, xəcalət çəkər, heç utandığından AYB-ə üzv olmaq istəməz”.

Həmçinin oxuyun

Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi …

Bir cavab yazın