Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Elza Seyidcahan Yazıçılar Birliyinə üzv olmasından danışdı – VİDEO

Elza Seyidcahan Yazıçılar Birliyinə üzv olmasından danışdı – VİDEO

Əməkdar artist Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinə üzv olması xəbərinə aydınlıq gətirib. Lent.az-ın məlumatına görə, “APA TV”-də aparıcı Yalçın Uğurun təqdimatında yayımlanan “Show time” verilişinə qonaq olan müğənni bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir: “Sizcə bu sevindirici, yoxsa təəccüblü xəbərdir? İnşAllah üzv olaram. Niyə tələsirsiniz ki? Hər şeyin öz vaxtı var. Mən bunun üçün Azərbaycan Yazıçılar Birliyinə də müraciət etməmişəm. Müraciət də etmərəm. Kitabım işıq üzü görmədən, Yazıçılar Birliyinə üzv olmaq üçün müraciət edə bilmərəm. Öz qələmimlə bir çox sirləri öyrəndim. Yeni kitabım 3 dildə çıxır. Azərbaycan, Rus və ingilis dilində. Amma Yazıçılar Birliyinə üzv olmaq üçün ilk kitab Azərbaycan dilində olmalıdır. Kitabım da hələ ki, ləngiyir”.

Xatırladaq ki, bir neçə gün öncə mətbuata E.Seyidacahanın Azərbaycan Yazıçılar Birliyinə üzv olması xəbəri dərc edilmişdi.

Qeyd edək ki, “Show time” verilişi həftənin 2-ci günləri saat 15:10-da “APA TV”-də yayımlanır.

Həmçinin oxuyun

Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi …

Bir cavab yazın