Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Elza Seyidcahan: “Dayımdan qoruxurdum, səhv edəndə barmaqlarımı sıxırdı” – VİDEO

Elza Seyidcahan: “Dayımdan qoruxurdum, səhv edəndə barmaqlarımı sıxırdı” – VİDEO

 “Ağlaya-ağlaya qonşuların qapısını döydüm”
ARB TV-nin efirində yayımlanan “Ömrün fəsilləri” verilişinin qonağı olan əməkdar artist Elza Seyidcahan maraqlı açıqlamalar verib:
“Nənəm Bakıdan mənə 72 manata qarmon almışdı. Mən 3 ay nənəmgildə qaldım. Dayım çox gözəl qarmon ifaçısı idi. Dayımın iki tələbəsi var idi. Nənəm də dayıma dedi ki, Elzaya da öyrət. Dayım da mənə dedi ki, otur yanımda və mən tələbələrimə nə öyrədirəmsə bax əlimə və təkrarla. Uşaqlar gedəndən sonra isə dayım məni yanında otuzdurub dərsi təkrarlamağımı istəyirdi. Nəyisə səhv edəndə dayım barmaqlarımı qarmona sıxırdı. Nənəmə görə üstümə qışqıra bilməzdi. Sonralar mən efirə çıxanda dayım mənə zəng edib tənbehlədi ki, gələcəm sizə niyə efirə çıxmısan? Deyirdi ki, efirə niyə çıxmısan, bəstəkarsan otur bəstəkarlığını elə. Qorxudan işıqları söndürüb otururdum evdə”.
Elza Seyidcahan bəstəkarlığa necə başlamasından da söz açıb:
“Anam gördü ki, artıq bəstələməyə başlamışam. Gedib mənə kreditlə pionina aldı. Mənə dedi ki, sən pioninaya gedəcəksən. Mən istəmirdim. Qarmona getmək istəyirdim. Gedib qonşuların qapısını döyüb ağlayırdım ki, anamın fikrini dəyişsinlər. Anam heç kəsin sözünə qulaq asmadı. Dedi bu qız bəstəkar olacaq, ona görə notları bilməlidir. Bu günə görə anama minnətdaram”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın