Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Elza 5 minə mahnı satdı – Qarşıdurma

Elza 5 minə mahnı satdı – Qarşıdurma

Əməkdar artist Elza Seyidcahanla Mətanət İsgəndərli arasında mahnı qalmaqalı yaşanıb.

“ Azinforum.az ” xəbər verir ki, axşam.az-a açıqlama verən E.Seyidcahan bəstələrindən birini həmkarına satıb. Üstündən uzun müddət keçməsinə baxmayaraq M.İsgəndərli bəstəni hələ də təqdim etmir. Bu da qarşı tərəfi özündən çıxarıb. E.Seyidcahan əməkdaşımızla söhbətində müğənnidən incidiyini etiraf edib:

“Mahnını məndən 5 min manata alıb və çox bəyənib. Sadəcə, özündə kompleks yaradıb ki, işlənməsi yaxşı deyil. Onu başa düşürəm, amma bir bəstəni bu qədər evdə saxlamaq olmaz. Mətanət xanım hər zaman yaxşı mahnılar oxuyub, onları sevdirib. Amma son zamanlar bir-iki mahnısını gördüm bəyənmədim. Bilirəm ki, bu kütlənin tələbidir. Belə bəstələr oxuyurlar ki, kütlə onları qəbul etsin. Amma başqa ifaçı da bunu görüb, onun arxasınca gedir axı. “Gözlərin bana çox uzaq” adlanan mahnının sözləri Ayşe Birgül Yılmaza aiddir. O qədər gözəl bəstədir ki, hətta Türkiyədən də onu istəyənlər var. Mahnını oxuyub, qoyub başının altına, üzə çıxarmır”.

E.Seyidcahan bu kimi hallara görə müğənnilik etdiyini deyib: “Mən belələrini görüb müğənni oldum. Çünki bizimkilər bəstəni yaşatmırlar. Mətanət xanım onu oxuyanda bütün müğənnilər zəng vurdu ki, nə gözəldi. Orada bir şeir deyib, dinləyəndə ağladım. Mətanət xanımı çox istəyirəm, amma incidiyimi də gizlətmirəm. Onu da deyim ki, bu yaxınlarda radioda qonaq idi, deyirdi həmin bəstəni səsləndirəcəm. Amma nə qədər etdi, diski tapmadı. Mahnıma göz dəyib, gedib üzərlik yandırsın”.

E.Seyidcahan M.İsgəndərliyə ismarış göndərib: “Mahnılarım mənim övladımdır. İnsan qızını ərə verəndə, onun getdiyi evdə xoş gün görməsini istəyir. Mən də mahnılarımı verdiyim insanların onu yaşatmasını istəyirəm. Mətanət İsgəndərli də mənim övladımı alıb, evdə çərlədir. Ona həyat vermir. Buna görə mən çox narahatam. Niyə övladımı bədbəxt etmisən? Ona demək istəyirəm ki, mənim “qızımı” çərlətməsin”.

Elzanın ittihamlarına cavab verən Mətanət İsgəndərli bəstəni təqdim etməməsinin səbəblərini açıqlayıb: “Elza mahnılarının atasıdırsa, mən də anasıyam. Mahnını 5 il əvvəl oxumuşam. 5 min ödədim, hamısını hazırladı verdi. Orada səs rejissorunun yaradtığı texniki qüsurlar var idi. Elza xanıma dedim ki, aradan götürək. Gözəl bəstədir, tərifəlayiqdir. Mənim ifamda da qüsur yoxdur. Elza xanıma dedim daha səviyyəli hazırlayaq, razılaşdı. Amma uzanır. Başa düşürəm ki, işləri çoxdur, sənətinin arxasınca qaçır. Elə ona görə də uzana-uzana qalıb.

Telefonla danışanda həmişə bu mövzunu müzakirə edirik. Hətta mahnıya klip də çəkdirmək istəyirəm. Elza mahnını yenidən hazırlamağı boynuna götürsə, yaxşı olar. Səs rejissoru mahnını kompüterdən silib. Əgər Elza xanım addım atmasa, öz boynuma götürəcəm. Bütün xərcini ödəyib, yenidən yazdırıb, təqdim edəcəm. Mən mahnılarımı canım qədər istəyirəm. Mənim üçün hər şey yüz faizlik olmalıdır. İstəmirəm ki, mahnım sıradan formada ərsəyə gəlsin”.

 

Həmçinin oxuyun

Cəlal Arutyunyan Tonoyanı şantaj edirmiş – “Məlumat qəsdən sızdırılıb”

Separatçıların keçmiş “müdafiə naziri” Cəlal Arutyunyan ilə Ermənistanın sabiq müdafiə naziri David Tonoyan arasında baş …

Bir cavab yazın