Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Elton “Maşın şou”nu və Murad Dadaşovu ifşa etdi – “Verilişdə baş verənlər qurmadı..”

Elton “Maşın şou”nu və Murad Dadaşovu ifşa etdi – “Verilişdə baş verənlər qurmadı..”

Müğənni Elton ATV telekanalında yayımlanan “Maşın Şou” layihəsi haqqında maraqlı iddia səsləndirib. 
AZXEBER.COM xəbər verir ki, şounu tərk edən müğənni veriliş yayıma getməzdən öncə iddia səsləndirib. O, şounun qurma olduğunu və öncədən müəyyən edilmiş ssenari əsasında çəkildiyini bildirib. Verilişdəki intriqalarin və məşhurlar arasında olan söz savaşlarının hər birinin öncədən tərtib edildiyini əlavə edib.
Verilişin bu axşamki buraxılışında səs verməyə İslam Mehrəliyev çıxsa da, müğənni Üzeyir Mehdizadə maşından əlini çəkib və nəticədə o yarışmadan uzaqlaşdırılıb. İştirakçılardan İslam Mehrəliyev isə səs yığacağı təqdirdə layihədən Azər İsmayılovu kənarlaşdıracağını deyib. Ancaq o səs yığsa da sözünə əməl etməkdən vaz geçib.
Müğənni Elton isə “İnstagram”dakı paylaşımında şouda iştirak edən iştirakçılardan birinin bu gün əlini maşından götürəcəyinin anonsunu öncədən vermişdi. Paylaşımın ardından Üzeyir Mehdizadə əlini maşından götürməsi “qurma veriliş” iddialarını təsdiqləyib. Aparıcı bütün bunların şou-men Murad Dadaşov tərəfindən öncədən tərtib edildiyini qeyd edib.
Müğənni bundan başqa layihədən çıxmasına da aydınlıq gətirib. O, qurma oyunlara alət olmadığı üçün və Murad Dadaşova “şounun atası” sözünü işlətdiyi üçün layihədən uzaqlaşdırıldığını bildirib.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın