Çərşənbə , Fevral 28 2024
Ana səhifə / Aktual / Elşad Musayev: “AŞPA-dakı Azərbaycan nümayəndə heyyətinin mövqeyi doğrudur və biz dövlətimizin yanındayıq”

Elşad Musayev: “AŞPA-dakı Azərbaycan nümayəndə heyyətinin mövqeyi doğrudur və biz dövlətimizin yanındayıq”

“Azərbaycan nümayəndə heyyətinin AŞPA-da səlahiyyətlərinin məhdudlaşdırılması böyük siyasi yanlışdır”.

Bunu Azinforum.az-a açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri, prezidentliyə namizəd Elşad Mudayev deyib.

E.Musayev hesab edir ki, Avropa təsisatları, beynəlxalq təşkilatların müəyyən bir qismi Ermənistanın məğlubiyyətini həzm edə bilmirlər: “Bunların başında Fransa dayanır. O üzdən, bütün vasitələrlə Azərbaycana qarşı bir basqı siyasəti həyata keçirməyə çalışırlar. Eyni zamanda hər cür riyakarlıqla Azərbaycanın imicinə zərbə vurmağa çalışırlar. Bununla belə, hələ də Ermənistanın işğalı altında olan ərazilərimizin geri qaytarılmaması uğrunda çalışırlar. Bu səbəbdən də Avropanın müxtəlif qurumlarında Azərbaycan hcəhd edirlər. AŞPA-nın bədnam qərarı da Azərbaycana təzyiqin təzahürlərindən biridir. Bununla Azərbaycana müəyyən qədər məhdudiyyət tətbiq etmək istəyirlər. Buna cavab olaraq da Azərbaycan nümayəndə heyyəti etiraz bəyanatı ilə çıxış edib. Biz hesab edirik ki, AŞPA-dakı Azərbaycan nümayəndə heyyətinin mövqeyi doğrudur və biz dövlətimizin yanındayıq. Hesab edirəm ki, bu məsələdə Azərbaycan müxalifəti ilə ölkə hakimiyyəti vahid mövqedə olmalıdır. Biz dövlətimizin yanında olmalıyıq. Bir sözlə, AŞPA-nın məlum qərarını Böyük Azərbaycan Partiyası kəskin pisləyir. Mən həm partiyanın səsdri olaraq, həm də prezidentliyə namizəd olaraq AŞPA-nın qərarını qətiyyətlə pisləyirəm və bizim nümayəndə heyyətinin doğru qərar qəbul etdiyini bəyan edirəm”.

VİDADİ

Həmçinin oxuyun

Gəncənin icra başçısı oğluna 6 bahalı maşın alıb – Araşdırma/Video

Gəncənin icra başçısı Niyazi Bayramovun oğlu Bəhram Bayramov bahalı avtomobilini ictimaiyyətdən gizlətmək üçün dövlət nömrə …