Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Aktual / Elşad Abdullayevin videosunu yaydığı hakim dünyasını dəyişdi

Elşad Abdullayevin videosunu yaydığı hakim dünyasını dəyişdi

Bir neçə il əvvəl fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda axtarışda olan Elşad Abdullayev tərəfindən videosu yayılan Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Ağababa Babayev dünyasını dəyişib.

Bu barədə APA-ya A. Babayevin yaxınları məlumat verib.
Məlumata görə, 67 yaşlı A. Babayev ötən gün uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, E. Abdullayev video müraciətində qeyd edib ki, qardaşı Mahir Abdullayevin müəmmalı şəkildə yoxa çıxması ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Babayev Ağababa Fərman oğlu ilə söhbət edib.
E. Abdullayev bildirib ki, o söhbəti gizli lentə alıb. Bu video və audio yazıları Respublika Prokurorluğunda yaradılmış istintaq komissiyasına da təqdim edib. Sabiq rektor hakimlə söhbətinin 2007-ci ilin iyuluna təsadüf etdiyini bildirir.
A. Babayev isə APA-ya açıqlamasında E. Abdullayevin onu şantaj etdiyini bildirib.
Məhkəmə-Hüquq Şurası tərəfindən hadisədən dərhal sonra hakim Ağababa Babayevlə bağlı internetdə yayılmış videoyazıya reaksiya verilib. Bildirilib ki, videoyazıda göstərilənlər ədalət mühakiməsinin nüfuzuna, hakimin yüksək adına xələl gətirən hərəkətlər olmaqla, Hakimlərin Etik Davranış Məcəlləsinin, korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin kobud pozulmasına dəlalət edir. Hakim Ağababa Babayev barədə intizam icraatının başlanılması qərara alınıb.
Məhkəmə-Hüquq Şurasının 14 yanvar 2013-cü il tarixli qərarı ilə A. Babayevin hakimlik səlahiyyətlərinə xitam verilib.

Həmçinin oxuyun

“Şəhidlərə qarşı olan bu biganəlik, cəmiyyətə qarşı biganəlik kimi qəbul olunur” – AMİP

Azərbaycan Milli İstiqlal Partiyasının Bəyanat yayıb. Bəyanatda deyilir: “Artıq bir müddətdir ki, övladlarının şəhərdən çox …

Bir cavab yazın