Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Elnur Aslanovun komandası seçkilərə qatılır…

Elnur Aslanovun komandası seçkilərə qatılır…

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində bir vaxtlar vəzifələrini itirmiş gənc kadrlar namizəd kimi iştirak edəcəklər.

BakuPost xəbər verir ki, bunlar arasında Prezidentin bu yaxınlarda işdən çıxardığı ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “vurdurduğu”, Elnur Aslanova yaxın şəxslər də var.

Seçkiyə çox iddialı şəkildə hazırlaşan həmin şəxslərin bir qismini təqdim edirik:

1. Elnur Aslanov – 2007-2014-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri olub. Oradakı vəzifəsindən çıxarılandan sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Bu postunu isə 2016-cı ildə itirib.

Elnur Aslanovun komandası seçkilərə qatılır...

2. Ceyhun Osmanlı – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, “İrəli” İctimai Birliyinin keçmiş sədri. Seçkiyə hazırlıq ərəfəsində Azərbaycan Yaşıllar Hərəkatı (Azerbaijan Green Movement) təsis edib.

Elnur Aslanovun komandası seçkilərə qatılır...

3. Fərhad Məmmədov – 2012-ci ildən Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru olub. Elnur Aslanovu ən yaxın silahdaşlarından hesab olunur.

Elnur Aslanovun komandası seçkilərə qatılır...

4. Zaur Darabzadə – Tanınmış marketinq mütəxəssisi, “CinemaPlus” kinoteatrlar şəbəkəsinin idarə heyətinin üzvü, Azərbaycanda ilk internet radiosu “Day.Az Radio”nun yaradıcısı.

Davamı olacaq.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …