Ana səhifə / Aktual / Elnur Aslanov Ukraynada zavod aldı – “Vurulan” eks-məmur səfirliyin tədbirlərinə də qatılır

Elnur Aslanov Ukraynada zavod aldı – “Vurulan” eks-məmur səfirliyin tədbirlərinə də qatılır

Prezident Administrasiyasının eks şöbə müdiri, sabiq deputat Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanov Ukraynada şəkər zavodu alıb.
Azinforum.az “AzPolitika.info”ya istinadən xəbər verir ki, bu zavod Aslanovun Ukraynadakı çoxşaxəli biznesinin yalnız bir həlqəsidir.
Elnur Aslanov iqtidarda təmsil olunduğu dövrdə yüksək iddialarına, gizli işlər çevirdiyinə görə siyasi hakimiyyətin qəzəbinə tuş gələrək, komandadan qovulan məmurlardandır.
Belə ki, 2007-ci ildə Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri təyin edilən Elnur Aslanov bir müddət sonra öz komandasını yaratmağa başladı. O zaman “gülənçilər”, “nurçular” adlandırılan, Türkiyədəki çevriliş cəhdlərindən (2012-ci ildən başlayaraq-red.) sonra FETÖ terror təşkilatı kimi tanınan qrupdan maddi və siyasi dəstək aldığı iddia edilən Elnur Aslanov, bunun sayəsində “İrəli” Gənclər Hərəkatının və YAP-dakı gənclərin liderinə çevrilmişdi. Bəzi mənbələr tərəfindən FETÖ-nün “Azərbaycan imamı” adlandırılan Elnur Aslanov Gülən şəbəkəsinin Azərbaycanda hakimiyyəti ələ keçirmək planının tərkib hisəsi sayılırdı. Bu məqsədlə bir zamanlar FETÖ-nün bütün qüvvəsini səfərbər etdiyi, müxtəlif planlar, oyunlar qurduğu da sirr deyil.
Türkiyədə FETÖ-nün əsl məqsədi ortaya çıxdıqdan sonra isə təşkilatın Azərbaycandakı şəbəkəsinin də sıradan çıxarılmasına başlanıldı. Bu istiqamətdə atılan ilk addımlardan biri də məhz Aslanovun Prezident Administrasiyasındakı vəzifəsindən azad edilməsi oldu.O, Prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad olunsa da, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə rəisi vəzifəsinə təyin olundu. Ancaq 2 il əvvəl E.Aslanov həmin vəzifəsindən də istefa verərək, Azərbaycanı tərk etdi.
Artıq 2 ildir ki, Elnur Aslanov Azərbaycandan kənarda yaşayır. Böyük maliyyə imkanları olan Aslanovun Ukraynada da FETO ilə əlaqələrini kəsmədiyi iddia edilir. Ötən il onun Ukraynanın Lvov şəhərində bir qrup azərbaycanlı və türkiyəli iş adamlarının toplantısını keçirdiyinə dair məlumat yayılmışdı. Məlumatda bildirilirdi ki, toplantı iştirakçıları əsasən Türkiyədə və Azərbaycanda Gülən şəbəkəsiylə -FETO ilə əməkdaşlıqda ittiham olunan və bu səbəbdən mühacirət edən şəxslər olub.
Ən maraqlısı odur ki, Elnur Aslanovun tez-yez Ukraynadakı Azərbaycan səfirliyinin təşkil etdiyi tədbirlərdə də göründüyü bildirilir.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …