Cümə , Aprel 19 2024
Ana səhifə / Elnarə 4-cü dəfə hamilədir…

Elnarə 4-cü dəfə hamilədir…

Müğənni Elnarə Xəlilova dördüncü dəfə ana olmağa hazırlaşır.

Moderator.az xəbər verir ki, bu barədə Aile.lent.az-a açıqlamasında müğənni özü bildirib. Dördüncü dəfə ana olacağına ürəkdən sevinən Elnarə hazırda özünü çox xoşbəxt hiss etdiyini etiraf edib: “Hazırda bütün dünyanı, bəşəriyyəti sevirəm. O qədər xoşbəxtəm ki… Bu paya görə Allahıma min şükr edirəm. Allah bütün hamilə qadınları, bütün balaları qorusun. Əslində istərdim ki, qız övladım dünyaya gəlsin. Hər zaman arzulamışam ki, iki oğlum, iki qızım olsun. Amma yenə də Allahın verdiyinə şükr. İstər qız, istər oğlan olsun, fərq etmir. Əsas odur ki, sağlam dünyaya gəlsin, xoşbəxt, ata-analı böyüsün, vətəninə, xalqına layiqli övlad olsun”.

Xatırladaq ki, Elnarə telejurnalist Rövşən Cahangirovla ailəlidir. Onların Burla Xatun, Tuğər Harun və Öndər Xaqan adlı üç övladları var.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın