Ana səhifə / Elnarə dördüncü dəfə ana oldu

Elnarə dördüncü dəfə ana oldu

Müğənni Elnarə Xəlilova dördüncü dəfə ana olub. Bu gecə onun üçüncü oğlan övladı dünyaya gəlib.

“ Azinforum.az ” Aile.lent.az-a istinadən xəbər verir ki, dünən Elnarə xalq artisti Faiq Ağayevlə səsyazma studiyasında mahnı yazdırıb. Studiyadan çıxan zaman yıxılıb. Ciddi zədə almayan müğənnini evə gətiriblər. Gecə saat 03:33-də isə uşaq dünyaya gəlib. Qeysəriyyə yolu ilə doğulan körpənin boyu 52 sm, çəkisi 3.600 kq-dır. Elnarə üçüncü oğluna Ərtoğrul adını qoyacağını açıqlayıb.

Xatırladaq ki, Elnarə Xəlilova tele-jurnalist Rövşən Cahangirovla ailəlidir. Onların Burlaxatun adlı 1 qızı, Tuğər və Öndər adlı 2 oğlu var.

 

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın