Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Elmira Axundova: “Hər bir evdə avtomatik təhlükəsizlik sistemi quraşdırılsın”

Elmira Axundova: “Hər bir evdə avtomatik təhlükəsizlik sistemi quraşdırılsın”

Deputat Elmira Axundova parlamentin plenar iclasında dəm qazı səbəbindən baş verən faciələrə diqqət çəkdi.

O bildirdi ki, staistikaya görə, artıq bu il dəm qazından dünyasını dəyişənlərin sayı kifayət qədər çoxdur. “Əgər günahın 50-60 faizi sadə vətəndaşların üzərindədirsə, qalan faizi “Azəriqaz”ın üzərindədir. Gündüz saatlarında qaz zəifləyir, gecə isə 3-4 dəfə artır. Yaxud soyuq havada qazın təzyiqi vaxtaşırı artır, yaxud azalır, bu da faciələrə səbəb olur”. E.Axundova bədbəxt hadisələrinin qarşısını almaq üçün konkret təkliflə çıxış etdi: “Təklif edirəm ki, hər bir evdə avtomatik işə düşən təhlükəsizlik sistemi quraşdırılsın, tikilən evlərdə sayğacla yanaşı, təhlükəsizlik sistemləri də yerləşdirilsin. Nəhayət, müvafiq qurumlar bütün evlərdə kütləvi yoxlamalara başlasınlar, evlərdə tüstü-bacalar təmizlənibmi, yaxud təhlükəsizlik qaydalarına əməl olunubmu? Başa düşürəm, “Azəriqaz” işçiləri vətəndaşlarla humanist davranırlar, onlara problemlərin aradan qaldırılmasını təklif edirlər ki, gələn dəfə problem həllini tapsın. Amma gələn dəfə çox gec olur və vətəndaşlar növbəti bədbəxt hadisələrin qurbanı olurlar”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …