Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / Elmi-Tədqiqat Ağciyər İnstitutunda daha iki xəstə öldü

Elmi-Tədqiqat Ağciyər İnstitutunda daha iki xəstə öldü

Elmi-Tədqiqat Ağciyər İnstitutunda daha iki xəstə ölüb. Belə ki, xəstəxanada müalicə alan 1957-ci il təvəllüdlü Rahim Əliyev və 1941-ci il təvəllüdlü daha bir xəstə ötən gün xəstəxanada vəfat edib.

Xəstəxanadan virtualaz.org-a ölüm faktını təsdiqləyiblər. Bildiriblər ki, 1957-ci il təvəllüdlü xəstə xəstəxanaya yanvarın 14-də saat 14.55-də ağır vəziyyətdə daxil olub. O, pulmonologiya şöbəsinə yerləşdirilib. Müvafiq müayinələr nəticəsində “Ağciyərlərin xroniki obstruktiv xəstəliyi ağır gedişli kəskinləşmə mərhələsi; ağciyərlərin emfizeması, bronxial astma, qarışıq forma, nəzarət olunmayan kəskinləşmə mərhələsi; tənəffüs çatışmazlığı (II dərəcə); pulmonar hepertenziya; ürək çatışmazlığı, keçirilmiş ağciyər vərəmindən sonrakı qalıq – fibroz bərk ocaqlar və plevra qalınlaşması şəklində” diaqnozu qoyularaq müalicə təyin edilib. Pulmonoloq və kardioloqun nəzarəti ilə intensiv müalicə tədbirlərinə baxmayaraq xəstənin yanvarın 29-da vəziyyəti kəskin dəyişib və əsas xəstəliklərin ağırlaşması kimi kəskin ağciyər, ürək çatışmazlığı inkişaf edib. Bu səbəbdən xəstə reanimasiya şöbəsinə köçürülüb və yanvarın 30-da saat 01.20-də bioloji ölüm olub.

İkinci xəstə – 1941-ci il təvəllüdlü şəxs yanvarın 29-da saat 12.45-də olduqca ağır vəziyyətdə “İkitərəfli pnevmoniya, ağciyərlərin xroniki obstruktiv xəstəliyi ağır gedişli kəskinləşmə mərhələsi, hipoksik ensefalopatiya naməlum mənşəli nefropatiya” diaqnozu ilə daxil olub və reanimasiya şöbəsinə yerləşdirilib. Reanimatoloq və pulmonoloqun nəzarəti altında intensiv müalicə tədbirlərinə baxmayaraq, xəstədə yanvarın 30-da saat 02.00 radələrində bioloji ölüm qeydə alınıb.n obstruktiv xəstəlikləri diaqnozundan vəfat edib.

Xatırladaq ki, beləliklə də yanvar ayında xəstəxanada mətbuata məlum olan ölüm faktı 5-i ötüb.

Həmçinin oxuyun

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur – Müdafiə Nazirliyi

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun …