Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Elmar Vəliyevdə psixi pozğunluq yaranıb, məhkəmədə dindirilə bilməz

Elmar Vəliyevdə psixi pozğunluq yaranıb, məhkəmədə dindirilə bilməz

Gəncənin keçmiş icra başçısı, 2018-ci ildə Yunis Səfərov tərəfindən güllələnən Elmar Vəliyevin vəziyyəti barədə ekspertiza rəyi məhkəməyə təqdim olunub. “Gəncə işi” üzrə ittiham olunanların vəkili Cavad Cavadov bildirib ki, ekspertiza rəyinə əsasən Elmar Vəliyevdə sui-qəsd zamanı başından aldığı güllə yarası nəticəsində psixi pozğunluq yaranıb və onun məhkəmədə dindirilməsi “vəziyyətinin pisləşməsinə” səbəb ola bilər.

Xatırladaq ki, bu il martın 16-da “Gəncə işi” ilə bağlı məhkəmə prosesində prokuror çıxış edib. Dövlət ittihamçısı çıxışında təqsirləndirilənlər Yunis Səfərovun ömürlük, Mahir Əzizovun 20 il, Hamlet Abdullayevin 19 il, Akif Əliyevin 20 il, Rasim Mustafayevin 20 il, Ceyhun Qurbanovun 18 il, Firudin Zeynalovun 19 il, Cəfər Zalovun 18 il, Vüqar Məmmədovun 19, Ceyhun Salahovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxan hakim Əfqan Hacıyev bildirib ki, bəzi şəxslərin dindirilməsi zəruridir, ona görə də istintaq yenilənib.

Vəkillər israrlı vəsatətlərlə sabiq icra başçısı Elmar Vəliyevin də dindirilməsini istəyiblər. Bu səbəbdən məhkəmə onun dindirilməsinin mümkün olub-olmaması ilə bağlı ekspertizaya müraciət edilib. Ondan sonra məhkəmə prosesi qeyri-müəyyən müdətə təxirə salınmışdı. (APA)

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …