Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Aktual / ELMAR VƏLİYEVİN ÖVLADLARI DA TÜRKİYƏDƏ BİZNESLƏ MƏŞĞULDUR – 3 şirkət yaradıblar

ELMAR VƏLİYEVİN ÖVLADLARI DA TÜRKİYƏDƏ BİZNESLƏ MƏŞĞULDUR – 3 şirkət yaradıblar

Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyevin övladları Türkiyədə mehmanxana biznesi ilə məşğuldurlar. Bu haqda məlumatı jurnalist Hafiz Babalı paylaşıb. O, bildirib ki, Elmar Vəliyevin övladları 2016-cı ilin noyabr-dekabr aylarında 3 şirkət yaradıblar.

Kübra, Lalə və Elmir Vəliyevlar İstanbuldakı “Vista İnşaat ve Dış Ticaret A.Ş.”, “Costa Turizm İnşaat ve Dış Ticaret A.Ş.” və “Expa Turizm İthalat İhracat ve İnşaat A.Ş.” şirkətlərinin 25/25/50 faiz pay nisbəti ilə payçılarıdır.

Vəliyevlər bu şirkətlərə torlam 300 000 lirə yatırıblar. E. Vəliyevin övladlarının şirkətlərinin üçünün də əsas fəaliyyət sahəsi mehmanxana biznesidir. Bu şirkətlərin üçünə də Elmir Vəliyev başçılıq edir.

Hər üç şirkət Bayrampaşadakı Yenidoğan məhəlləsinin Demirqapı prospekti, Rifatağa Çarşısı, ev 32, 2-ci mərtəbədə yerləşir. Türkiyə mənbələrinə görə, burada 2016-cı ilədək Suz-i Dilara Cafe fəaliyyət göstərib.

Təsis sənədlərində Vəliyevlər yaşayış yeri kimi Bakının Nərimanov rayonundakı Murtuza Nağıyev, 19G nömrəli ev qeyd ediblər.

Xatırladaq ki, 1989-cu il təvəllüdlü olan Elmir Vəliyev atası icra başçısı olduğu zaman Kəpəz futbol klubunun prezidenti kimi fəaliyyət göstərirdi. Hətta son zamanlar o ictimai-siyasi proseslərin də aktiv iştirakçısına çevirilmiş, “Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyini təsis etmişdi. Həmçinin Milli Məclisin sektor müdiri vəzifəsinə təyin edilmişdi.

Elmar Vəliyevin övladları Türkiyədə biznesə başladı

Həmçinin oxuyun

Azərbaycanda toylara qoyulan qadağa bu tarixə qədər uzadıla bilər – AÇIQLAMA

Azərbaycanda bir ilə yaxındır ki, koronavirus pandemiyasına görə toyların keçirilməsinə qadağa qoyulub. Artıq gündəlik yoluxanların …