Cümə , Noyabr 27 2020
Ana səhifə / Aktual / “Elmar Məmmədyarov dərhal istefaya göndərilməlidir” – Arzuxan Əlizadə

“Elmar Məmmədyarov dərhal istefaya göndərilməlidir” – Arzuxan Əlizadə

“Elmar Məmmədyarov mətbuata açıqlamasında XİN-də keçirilən əməliyyat və vəzifəli şəxslərin həbsi ilə əlaqədar özünün istefa verə biləcəyi ilə bağlı deyilənlərə şərh vermək fikrinin olmadığını bildirib”.

Bu fikirləri sosial şəbəkədəki hesabında AMİP-in sədr əvəzi Arzuxan Əlizadə bildirib.

O bununla bağlı bir sıra məqamlara toxunub: “Azərbaycanın xarici siyasət orqanına uzun illər ərzində rəhbərlik etmiş bu adamın belə absurd açıqlaması mahiyyət etibarı ilə bir daha onun üçün nə ölkənin, nə də rəhbərlik etdiyi qurumun imicinin heç bir əhəmiyyət daşımadığını nümayiş etdirir.
Bu adamı nə Dağlı Qarabağ və işğal altında olan ərazilərimiz, nə Azərbaycanın müstəqil bir dövlət olaraq beynəlxalq aləmdəki imici, nə ölkəmizi xaricdə səfir olaraq kimlərin təmsil edəcəyi, nə də bütün bunlara rəğmən ölkədaxili ictimai rəy heç bir zaman ilgiləndirməyib. Bu adam indi də istefası ilə bağlı xaricdəki ağalarının mövqeyini və bəlkə də növbəti dəfə dəstəyini gözləyir.
XİN-də baş verənlərin ictimailəşməsi ilə əlaqədar hesab edirəm ki, E. Məmmədyarov (özü siyasi mədəniyyət göstərib istefa verməsə, hansı ki, bunu edəcəyinə çox böyük şübhəm var) dərhal istefaya göndərilməli, xüsusi nəzarət altında saxlanılmalı və ölkədən çıxışına qadağa qoyulmalıdır
“.

Azinforum.az

Həmçinin oxuyun

«Akkord»un rəhbəri dəyişdi – YENİ TƏYİNAT