Şənbə , Aprel 20 2024
Ana səhifə / Elman Rüstəmovun səlahiyyət müddəti başa çatdı

Elman Rüstəmovun səlahiyyət müddəti başa çatdı

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinə iki üzv seçiləcək.

Milli Məclisdən Report-un sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı MM-in aprelin 3-də keçiriləcək plenar iclasında “Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti üzvlərinin təyin edilməsi haqqında” layihə müzakirə olunacaq. Belə ki, həmin məsələ iclasın gündəliyinə martın 29-da daxil edilib.

Mərkəzi Bankın İdarə Heyətinə üzvlüyünə iki nəfərin namizədliyi irəli sürülüb. Bu şəxslər Mərkəzi Bankın İdarə Heyətinin indiki sədri Elman Rüstəmov, digəri isə onun müavini Xəqani Abdullayevdir.

Onların hər ikisinin səlahiyyət müddəti bu həftə başa çatır.

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …

Bir cavab yazın